Qubadlıda işğala qədər taxıl, üzüm, tütün, bostan məhsulları becərilir, heyvandarlıqla məşğul olunurdu

Dünən, 08:08 17 dəfə baxılıb

Qubadlıda işğala qədər taxıl, üzüm, tütün, bostan məhsulları becərilir, heyvandarlıqla məşğul olunurdu


Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistanla, şimaldan Laçın, Xocavənd rayonları, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir.
Ümumilikdə rayonda 79812 hektar torpaq fondu var. Xalq arasında “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzənliklər məhsuldar torpaqları ilə məşhurlaşıb. İşğala qədər torpaq fondunun 14956 hektarı əkin, 850 hektarı çoxillik bitki, 631 hektarı biçənək, 17192 hektarı örüş-otlaq, 543 hektarı həyətyanı, 13160 hektarı meşə, 582 hektarı bağ və üzümlüklər idi. Qubadlıda 13160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir. 1988-ci ildən başlayaraq Ermənistanla (120 km) və keçmiş Dağlıq Qarabağla (45 km) sərhəddə yerləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlamışdı. Dinc əhaliyə qarşı terror törədilməsi davamlı hal almışdı. Getdikcə intensivləşən hücumların nəticəsi olaraq rayon 1993-cü il avqustun 31-də ermənilər tərəfindən tamamilə işğal olundu. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi. Əvvəlcə şəhərə hakim olan yüksəkliklər ələ keçirildi və ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri işğaldan azad edildi. 2020-ci il oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi. Bütövlükdə noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi ağır döyüşlərdən sonra işğaldan azad edilib. 44 günlük Vətən müharibəsindən sonra Qubadlının da yeni inkişaf tarixi başlayıb. İşğaldan azad olunmuş digər ərazilərimiz kimi, burada da genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR