Şair Mədət Əyyuboğluna xatırlatma – “ Üzü dönsün görüm o ağuya dönmüş çörəyin..” - ÖZƏL

9-06-2016, 15:29 684 dəfə baxılıb

Şair Mədət Əyyuboğluna xatırlatma – “ Üzü dönsün görüm o ağuya dönmüş çörəyin..” - ÖZƏL










Media Hüququ İnstitutunun əhatə edən “Azərbaycanda informasiya azadlığı” adlı hesabatı var. Hesabat yazılı və şifahi informasiya sorğularının icra durumunun, informasiya sahiblərinin onlayn şəffaflığının, informasiya əldə etmək hüququnun müdafiə mexanizmlərinin gücünün öyrənilməsini əhatə edir. Hesabata görə, yazılı sorğular vasitəsilə bilgi əldə etmək əvvəlki illərlə müqayisədə daha da çətinləşib. Bunu söyləməyə bilgi sahiblərinə göndərilmiş 105 informasiya sorğusunun icra vəziyyətinin monitorinqi əsas verir.

Dövlət idarələri və qurumları bir kənara, təhsil idarələri və universitetlərdəki mətbuat xidmətləri də öz işlərinin öhdəsindən gəlmir, obyektivlikdən uzaq olurlar.

Məsələn Bakı Biznes Universitetinin mətbuat xidməti rəhbəri Mədət Əyyuboğlu kimi. Mədət Əyyuboğlu özünü mediada əsasən şerləri ilə tanıdıb. Şer yazmasına və ədəbiyyatda yer tutmasına sözümüz yox. Bunu ədəbiyyat tənqidçiləri edə bilər. Əgər ki, bu şerlər sanballı olsa və geniş kütlə tərəfindən oxunulsa.

Lakin mətbuat xidməti rəhbəri kimi Mədət Əyyuboğlu özünü yaxşı cəhətdən tanıtmayıb.

Mətbuat xidməti medianın verdiyi sorğuları obyektiv cavablandırmalıdır. Düzdür Bakı Biznes Universiteti və rektor İbad Abbasovun korrupsiya əməllərini işıqlandıran və çətin suallar verən jurnalistlərə obyektiv cavab vermək mümkün deyil. Rektorun qanunazidd gizlətmək mümkün deyil. Odur ki, Mədət Əyyuboğlu ikinci yolu seçib. Bəzən şirin dili, bəzən dost-tanış, bəzən hədə-qorxu yolu ilə universitet haqda tənqidi məqalələri saytlardan çıxartdırmaq.

Qeyd edək ki, belə işlər şair adını daşıyan şəxsə heç yaraşmır.

Anlayırıq, indiki zamanda iş tapmaq çətindir. Görkəmli şair Əliağa Vahid bu haqda yaxşı yazıb:

Əvvəlindən salan olsaydı əgər başa bizi,

Cəhlimiz salmaz idi bunca dağa, daşa bizi.

Azacıq elmimiz olsaydı əgər əsrə görə,

Boyun əydirməz idi qonşuya, yoldaşa bizi.

Nə hünər var, nə biligmiz, nədə ki, devləti-mal.

İtə atson da yeməz hifz eləməz laşa bizi.

Şüphəsizdi tüpürər sünnəti-ilqarımıza,

Göstərən olsa bu sima ilə nəqqaşa bizi.

Üzü dönsün görüm o ağuya dönmüş çörəyin,

Yaxşı möhtac elədi qəhbəyə, oğraşa bizi.


Özəl xəbərlərdə istinad zəruridir.

Mövzunu diqqət mərkəzində saxlayacağıq
Azerinfo.az


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR