İrəvan Moskva, Bakı və Tehrandan öndədir? – Daha bir absurd araşdırma...

16-01-2019, 10:51 375 dəfə baxılıb

İrəvan Moskva, Bakı və Tehrandan öndədir? – Daha bir absurd araşdırma...

Numbea Araşdırmalar Mərkəzi şəhərlər arasında həyat səviyyəsinə görə keçirilən araşdırmada İrəvanın Moskva, Bakı, Tiflis və Tehrandan öndə olduğunu bildirib. Belə ki, İrəvanın 167-ci sırada yer aldığı siyahıda Moskva 191, Tiflis 172, Bakı 197, Tehran isə 215-ci sırada qərarlaşıb.

Araşdırmanın 8 indeksə əsasən aparıldığı bildirilir ki, bunlara təhlükəsizlik, səhiyyə, həyata verilən dəyər, çevrə kirliliyi, əmlak qiyməti ilə xalqın gəlirlərinin müqayisəsi və s. daxildir.

Birinci sırada Avstrailyanın paytaxtı Kanberra şəhəri yer alıb.

Uzun illərdir ki, ağır iqtisadi-sosial böhran keçirən, əhalinin sürətlə tərk etdiyi İrəvanın Bakı, Moskva kimi şəhərlərdən öndə olması məlum araşdırmanın obyektivliyini şübhə altına alır. Araşdırmanın nəticələri göstərir ki, görünür kimlərsə İrəvanı ən azından kağız üzrində regionun ən gücülüsü kimi görmək istəyir. Halbuki, aqoniya vəziyyətində olan, az qala hər ay aclıq və səfalət əleyhinə etiraz aksiyalarının keçirildiyi İrəvanın regionun ən geridə qalmış şəhəri olması hər hansı araşdırmasız da göz önündə olan bir həqiqətdir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR