Avtovağzalda sürüşmə genişlənir - VİDEO

9-10-2015, 11:11 720 dəfə baxılıb

Avtovağzalda sürüşmə genişlənir - VİDEO
















Bakı avtovağzal kompleksinin ərazisində sürüşmə nəticəsində yaranmş çatların uzunluğu artır.

Aidiyyatı qurumlar hadisənin yağış suları səbəbi ilə baş verdiyini bildirir. Bakı Avtovağzal Kompleksi ərazisində baş verən sürüşmə nəticəsində yaranan çatların uzunluğu 60 metrə çatıb

Çatların ciddi fəsad törətməsinin qarşını almaq üçün "Azəryolservis" və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri həmin ərazidə bərkitmə işləri aparıb.

Milli Geoloji Kəşfiyyat Xidmətinin baş geoloqu Ələmdar Piriyev deyir ki, çatın yaranmasının əsas səbəbi yağış sularıdır

İstinad divarları isə 30 sm-ə yaxın əyilib. Baş geoloq bunun səbəbini də yağış suları, eyni zamanda kompleks ərazisində olan yaşıllıqların tez-tez suvarılması ilə əlaqələndirir. Ələmdar Piriyev deyir ki, çatların qarşısı alınmazsa ciddi fəsadlara yol aça bilər

Vəziyyətlə bağlı yekun rəyi Fövqəladə Hallar Nazirliyi açıqlayacaq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR