Sumqayıtlılar Bakıya gəmi ilə gedə biləcək – VİDEO

21-11-2015, 14:33 685 dəfə baxılıb

Sumqayıtlılar Bakıya gəmi ilə gedə biləcək – VİDEO













Sumqayıtda geniş quruculuq işlərinə başlanıb. Artıq sənaye şəhərinin dənizkənarı bulvarının layihəsi də nümayiş olunub. Layihə gerçəkləşəndən sonra Sumqayıt bulvarı Bakıdan heç də geri qalmayacaq. Hətta bulvardan Bakıya gəmilərin hərəkəti üçün şərait yaradılacaq

Yenilənən Sumqayıtda dənizkənarı bulvar da yeni görməkdə olacaq. Sumqayıt bulvarında geniş yenidənqurma işlərinə başlanıb. Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun tapşırığına əsasən bulvarın yeni layihəsi hazırlanıb.

Artıq Nəsimi parkında yenidənqurma işlərinə başlanılıb. Və uzun müddətdir zibil əlindən yararsız qalan bu ərazi də yeni bulvarın ərazisinə qatılacaq. Həmçinin, dəniz kənarında da bərkitmə işləri aparılır

Burada müasir ticarət və əyləncə mərkəzləri, kinoklub, idman infrastrukturu, yaşayış binaları inşa olunacaq. Bununla yanaşı çimərlik zonasında da əsaslı işlər görüləcək. Layihəyə əsasən Heydər Əliyev mərkəzinin tikintisinə başlanılıb. Həmçinin bulvarda şahmat məktəbi və kinoteatr da inşa ediləcək. Sahil hissədə estakadalar qurulacaq və Bakı şəhərinə gəmilərin hərəkəti təmin olunacaq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR