Binəqədi rayon icra hakimiyyətində yeni korrupsiya fakları aşkarlanıb

6-01-2016, 14:54 807 dəfə baxılıb

Binəqədi rayon icra hakimiyyətində yeni korrupsiya fakları aşkarlanıb

















Bu barədə vətəninfo.az saytı məlumat yayıb

Məlumata görə, Binəqədi rayon icra hakimiyyətinin başcısı Xaləddin İsgəndərov özünə yeni "kassir”müəyyən edib və görəvləndirib. Öncəki illərdə rayon təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov bu işi üzərinə götürərək Xaləddin İsgəndərovun adından əhalini soyub talamaqla məşğul idisə, məlum bina yanğınından sonra Rəcəbov Ədalət həbs edildi və onun yerinə Elşad adlı birisi gətirildi.

Saytın yazdığına görə, indi də Elşad adlı şəxs rayon əhalisinə "gün verib, işıq vermir”. Həmin Elşad adlı şəxs başçının həm şoferi, həm də bacısı oğlu olan Araz adlı şəxslə əlbir olub rayonun az qala havasını da camaata satır. Onlara bu səlahiyyəti isə məhz Xaləddin İsgəndərov verib.

"Bu yaxınlarda Binəqədi rayonu 8 mkr ərazisində yerləşən "Qızıl gül” resoranının yanındaki binanın sakinlərinin uşaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün nəzərdə tutulan parkı dağıdaraq İsmayıl adlı bir sahibkara 300 000 manata satıblar. Həmin parkın yerində çoxmərtəbəli yaşayış binası tikiləcəyi ilə bağlı məlumat verilib. Orada olan ağaclar və yaşıllıqlar da məhv edilib.

Qeyd edək ki, Xaləddin İsgəndərovdan öncə rayona rəhbərlik etmiş Alı Qocayev həmin ərazini satmaq istəsə də, sonradan fikrindən daşınıb.

Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR