“Clear” oteli istirahətin tək ünvanı - VIDEO

23-04-2016, 16:02 2014 dəfə baxılıb

“Clear” oteli istirahətin tək ünvanı - VIDEO












Binəqədi rayonu ərazisində (Dərnəgül şos. 108) yerləşən “Clear” oteli qətiyyən təəssübkeşlik etmədən demək olar: kifayət qədər yüksək səviyyəli mehmanxana kompleksidir. Kompleks özündə otel, sağlamlıq mərkəzi və restoran müəssisələrini birləşdirməklə, qəbul etdiyi qonaqlarını hər zaman yüksək keyfiyyətli xidmətlə təmin edir. Bu gün “Clear” oteli əsasən xarici iş adamlarından və eyni zamanda rayonlardan Bakıya müəyyən işlər üçün gəlmiş daimi müştərilər kontingentinə malikdir. Qonaqlar isə təbii ki, ilk növbədə oteldə aldıqları xidmət və rahatlığın səviyyəsini, görüş və konfransların keçirilməsi üçün yaradılmış şəraiti qiymətləndirirlər. Bu qonaqlardan əksəriyyəti isə, otel barədə olduqca yüksək fikirdədir. Məsələn, belə bir rəyi diqqətinizə çatdırım: “Olduqca yaxşı da oteldir. Otaq böyük, təmiz və gözəl, yataq dəsti çox yaxşı. Hətta hamam başmaqlarını və papağını, sabun və şampunu da çantama qoya bilərəm. Mütləq və dərhal yeniləri qoyulacaq. Otaqlarda monitor və naqilsiz internet var. İstənilən vaxt otağa yemək sifariş etmək olar. Yeməyin yüksək keyfiyyətini, çeşid bolluğunu və ləzzətini müzakirə etməyinə belə dəyməz. Ümumiyyətlə həm oteli, həm də şəhərin özünü çox tövsiyyə edirəm.”

Oteldə 49 otaq var. Standart 1 nəfərlik, 2 nəfərlik və 3 nəfərlik. Və əlbəttə ki, VİP otaqlar və apartamentlər. Bütün otaqlar kondisioner və qızdırıcı sistemləri ilə təmin olunub, duş və tualet, telefon, peyk televiziyası, mini bar, gündəlik təmizlik xidməti. Həmçinin oteldə pulsuz 24 saatlıq xidmət və hava limanına çatdırılma təklif olunur. Bu siyahını artırmaq olar. Həqiqətən də “Clear” bu gün öz müştərilərinə qeyd etdiklərimizdən əlavə hələ on beşədək əlavə (pullu və pulsuz) xidmət növləri təklif edir. Bütün bunlar isə, əlbəttə ki, real insanların real işləri ilə təmin olunur. Odur ki, əziz həmkarlarımızdan xahiş edirik ki, obyektiv olsunlar, işləyən insanlara qara yaxmaqdan uzaq dursunlar və onlarla ailəni işlə təmin edən bir müəssisənin uğrlarına sevinsinlər.

"Bir qrup əməkdaş"ın gözü bütün bu uğurları götürmədiyi üçün və əllərindən başqa heç bir iş gəlmədiyindən əməkdaşlıq əvəzində "xəbərdaşlıq" edərək çalışdıqları kollektivə ləkə yaxmaqla məşğul olurlar. Onların bu hərəkətlərini bütün kollektiv adından qətiyyətlə pisləyir və lənətləyirik!



loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR