Təhsil Şöbəsinin müdiri ordunun adından necə sui-istifadə edib?- BEYLƏQANDA

16-05-2016, 13:33 737 dəfə baxılıb

Təhsil Şöbəsinin müdiri ordunun adından necə sui-istifadə edib?- BEYLƏQANDA












Tofiq Sadıqov müəllimlərdən yığdığı 10 manatın yalnız 1 manatını Silahlı Qüvvələrə Yardım Fondunun hesabına köçürüb

Azərbaycanda Silahlı Qüvvələrə Yardım Fonduna pul köçürülməsi adı altında ayrı-ayrı məmurların şəxsi qazanc güdmələri haqqında hələ bir müddət əvvəl yazmışdıq. Bildirmişdik ki, bəzi rayonların icra başçıları bu məqsədlə artıq «siftə»ni ediblər. Hətta Sumqayıtda könüllü olaraq əsgərlərimiz üçün qan vermiş şəxslərin qanlarını belə mülki əhaliyə satdıqları da aşkarlanmışdı.
Redaksiyamız xəbər verir ki, analoji hadisə Beyləqanda da qeydə alınıb. Məlumatlara görə, rayon Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqov bütün orta məktəblərə göstəriş verib ki, hər bir müəllim 10 manatdan pul ödəməlidir. Pulları direktorlar yığmalı və ona çatdırmalıdırlar. Həmin vəsaitin isə Silahlı Qüvvələrə Yardım Fonduna köçürüləcəyi vurğulanıb.
Həmin məlumatlarda iddia edilir ki, Tofiq Sadıqov yığılmış pulların heç də hamısını fonda köçürməyib. Redaksiyamıza daxil olan bilgilərdə qeyd edilir ki, hər bir müəllimdən alınmış 10 manatın yalnız 1 manatı qeyd olunan yerə köçürülüb. Yerdə qalan hissə isə Təhsil Şöbəsinin müdiri tərəfindən mənimsənilib.
Məlumatlarda o da vurğulanır ki, Tofiq Sadıqov Beyləqandakı orta məktəblərdən təkcə, fond üçün deyil, həmçinin digər məqsədlər üçün də pul toplayır. Bununla bağlı araşdırmamız davam edir. Və yaxın günlərdə geniş məlumat verəcəyik.
Qarşı tərəfi də dinləməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR