Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Nərimanov rayonunda tədbir keçirilib

1-06-2016, 18:47 763 dəfə baxılıb

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Nərimanov rayonunda tədbir keçirilib










Nərimanov Rayonunda yerləşən Bakı Sağlamlıq Mərkəzində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Nərimanov Rayon İcra Hakimiyyəti və Nərimanov Rayon Qeydiyyat Şöbəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbiri giriş sözü il açan Rayon Qeydiyyat Şöbəsinin müdiri Səadət İsmayılova Beynəlxalq Uşaq Günü barədə tədbir iştirakçılarına məlumat verərək Azərbaycanda uşaqlarla bağlı qəbul olunan qanunvericilik bazasından, o cümlədən sosial layihələrdən və Azərbaycan dövləti tərəfindən uşaqlara göstərilən qayğıdan danışıb.

Sonra tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova qeyd etmişdir ki, uşaqların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması dövlətin əsas məqsədlərindəndir. Uşaqlarımızın hərtərəfli şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir.

İ.Mahmudova eyni zamanda, dövlətimizin başçısının və ölkənin birinci xanımı Mehriban Əliyevanın uşaqların hər cür qayğı ilə əhatə olunması, onların müasir vətəndaş kimi yetişməsi məsələlərinə xüsusi diqqət yetirdiyini qeyd etmiş, Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın gələcəyini təmin edəcək sağlam ruhlu, müasir düşüncəli gənclər yetişdirmək üçün uğurlu layihələr həyata keçirildiyini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.

Tədbidə çıxış edən YAP Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev bayram münasibəti ilə uşaqları və valideynləri təbrik edərək onların dünyada hamı üçün əziz olduğunu, eyni zamanda uşaqlara qayğı göstərməyin, onları qorumağın, müdafiə etməyin hər bir vətəndaşın müqəddəs borcu olduğunu diqqətə çatdırıb.

Daha sonra Bayram tədbiri uşaq yaradıcılıq qruplarının nümayiş etdirdiyi maraqlı bədii kompozisiyalarla və rəqslərlə davam etdirilib.

Yekunda yeni anadan olan körpələrin valideynlərinə doğum haqqında şəhadətnəmələr və hədiyyələr təqdim edilib


Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Nərimanov rayonunda tədbir keçirilib
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Nərimanov rayonunda tədbir keçirilib


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR