Azərbaycanda şok olay - Polis rəisinin gəlini qaçırıldı

6-12-2016, 20:56 631 dəfə baxılıb

Azərbaycanda şok olay - Polis rəisinin gəlini qaçırıldı










Azərbaycanda polis rəisinin gəlini qaçırılıb.

Bakipost.az-a daxil olan məlumata görə, hadisə bir həftə əvvəl baş verib. Belə ki, qaçqın rayonlarından birinin polis rəisinin (adını etik qaydalara zidd olduğu üçün açıqlamırıq) oğlunun nişanlısı başqa birinə qoşularaq qaçıb. Məlumata görə, Ağcabədi rayonunda yaşayan qızla rəisin oğlu 3 il nişanlı olub. Onların bu yaxınlarda toylarının olacağı gözlənilirmiş. Lakin rəis oğluyla evlənmək istəməyən qız öz rayonundan olan idmançı bir oğlanla qaçmaq qərarı verib.

Onların bu əməlindən xəbər tutan rəis isə hadisə baş verən rayonun polis şöbəsinin rəisindən yardım istəyib. Hazırda oğlanın yaşadığı ev polis mühasirəsindədir. Qızın geri qaytarılması tələb olunur.

Məlumat üçün bildirək ki, rəisin gəlini Ağcabədidə fəlaiyyət göstərən restoranlardan birinin sahibinin qızıdır. Maraqlı məqam bundan ibarətdir ki, iş adamının qızı rəis oğluna deyil, Ağcabədi bazarında atasıyla birlikdə satıcılıq edən bir oğlanla ailə qurmağa qərar verib.

Qeyd: rəisin və oğlunun, eləcə də qızın atasının adı bizə bəlli olsa da, müəyyət etik çərçivələrə görə yazmırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR