Bakıda oğlanla qaçan qız zorlandığı barədə şikayət etdi

19-10-2015, 16:18 777 dəfə baxılıb

Bakıda oğlanla qaçan qız zorlandığı barədə şikayət etdi

















Toplanmış materiallar Xəzər Rayon Prokurorluğuna göndərilib

Bakının Xəzər rayonunda 16 yaşlı qız zorlanıb, bu barədə Teleqraf.com xəbər verir.

Hadisə rayonun Binə qəsəbəsində qeydə alınıb.

Verilən məlumata görə, Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü S. R. bu ilin iyul ayında evlənmək məqsədilə Mahir adlı şəxsə qoşularaq qaçıb.

Mahir adlı şəxs qızı kirayə tutduğu evə aparıb və orada onunla cinsi əlaqədə olub. Bir neçə ay bir yerdə yaşayandan sonra qız hamilə qalıb.

S.R-nın hamilə qaldığını görən Mahir ondan abort etdirməsini istəyib. Qızın hamiləliyi oktyabrın 13-də pozulub.

Bundan sonra S. R. zorlanması ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib. Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsində təhqiqat araşdırması aparılıb.

İş üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Xəzər Rayon Prokurorluğuna göndərilib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR