"Barselona" Pyaniçin formasından narazıdır

21-10-2020, 12:20 189 dəfə baxılıb

"Barselona" bu yay "Yuventus"dan transfer etdiyi Miralem Pyaniçin fiziki formasından narazıdır.

Bu barədə sport.es saytı məlumat yayıb. Bildirilib ki, 30 yaşlı yarımmüdafiəçi avqustda komandaya pis formada gəlib və hələ də məşq intensivliyində komanda yoldaşlarından əhəmiyyətli dərəcədə geri qalır.

Məşqçiləri korpusunun Pyaniçin tezliklə əvvəlki formasına qayıdacağına inanır, onun koronavirus səbəbindən bu vəziyyətdə ola biləcəyi başa düşür. Buna baxmayaraq, klub oyunçunun istirahət vaxtlarında kifayət qədər çalışmadığı qənaətindədir.

Bildirilib ki, Kataloniya təmsilçisinin baş məçqçisi Ronald Kuman Pyaniçi Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Ferentsvaroş"la görüşdə meydana buraxmaq niyyətindədir ki, o, "Real"la oyuna kimi formaya düşsün.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR