Dünyanın ən kiçik ordusu əsgər tapmır

8-05-2019, 17:09 268 dəfə baxılıb

Dünyanın ən kiçik ordusu əsgər tapmır


Papanı qorumalı olan “İsveçrəli mühafizəçilər”ə yeni üzv tapılmır.

Bu barədə açıqlama verən 110 nəfərlik ordunun başçısı polkovnik Graf bunun böyük bir çətinlik yaratdığını deyib.


Belə ki, Graf mühafizəçilərin sayını 135-ə çatdırmaq istədiklərini bildirib. Ancaq bu vəzifədə işləmək istəyənləri tapmaq çox çətindir.

Səbəblərdən birinin İsveçrə iqtisadiyyatının çox inkişaf etməsi olduğunu deyən Graf işsizliyin yox dərəcəsində olduğunu bildirib:

“İsveçrədə maaşlar isə çox yüksəkdir. Gənc oğlanlar oradakı yüksək maaşı qoyub 1500 avroya mühafizəçi işləmək istəmir. Böyük bir qismi 26 ay xidmət edəndən sonra ölkəsinə geri qayıdır. Digər səbəb isə katolik kilsəsindəki “pedofil” və “sui-istifadə” halları kimi skandallardır. Bu hadisələrdən sonra İsveçrədəki katoliklərin çoxunun inancı azalıb. Dolayısı ilə inanclı, ibadətlərini yerinə yetirən əsgər tapmaq çətinləşib. Səbəblərdən biri isə İsveçrədə doğum sayının azalmasıdır. Keçən il orduya qatılan mühafizəçilərin sayı 32, ondan əvvəlki il isə 40 olub”.

Qeyd edək ki, “Papanın qoruyucu mələkləri” adlanan bu mühafizəçilər ordusunun 513 il tarixi var. Dünən isə daha 23 nəfər isveçrəli bu orduya qatılıb.

Bu orduda əsgər olmaq üçün İseveçrə vətəndaşı olmalı, öz ölkəsində əsgərliyini başa vurmalı, yaşı 19-30 yaş arası, boyu ən azı 1.74 sm olmalı və ibadət edən katolik olmalıdır.

26 ay xidmət dövrünü başa vurandan sonra əsgərlər uzun müddət bu vəzifədə qala bilər. Ancaq 5 il sonra və azı 25 yaşı tamamlanandan sonra onların evlənmələrinə icazə verilir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR