Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar

Bu gün, 08:04 6 dəfə baxılıb

Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar


Qaradağ Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Nadir Muradov və onunla birgə məhkum edilmiş Qafar Abdullayevin cəzası azaldılıb.
Ölkə.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi belə qərar çıxarıb.

N.Muradovla Q.Abdullayev bu ilin avqustunda vəzifəli şəxsin qərarına qanunsuz təsir etməkdə təqsirli bilinərək 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdilər.

Amma onlar bu hökmlə razılaşmayaraq apellyasiya şikayəti veriblər. Şikayətdə həbslə bağlı cəzanın dəyişdirilməsi xahiş edilib.

Bakı Apellyasiya Məhkəməsi tərəfləri dinlədikdən sonra şikayətləri qismən təmin edib. Qərara əsasən, Nadir Muradov və Qafar Abdullayevin cəzası 1 il 3 aydan 1 ilə endirilib. Onlar ötən ilin oktyabrın 31-dən həbsdə olduqları üçün 8 gün sonra azadlığa çıxacaqlar.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən il Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib, bir neçə vəzifəli həbs edilib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR