Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir

Bu gün, 07:28 8 dəfə baxılıb

Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir


Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək.
Bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, şəhər və rayonların yerli xərclərinin maliyyələşdirilməsi üçün onların gəlirləri yerli xərcləri təmin etmədikdə, müvafiq qurum həmin şəhər və rayonlara xərclərinin 10 faizindən çox olmayan hissəsi qədər dövlət büdcəsindən vəsait ayıra bilər.

Qeyd edək ki, 2027-ci ildə şəhər və rayonlar üzrə ümumilikdə 18 milyard 430 milyon manat gəlir, 735.575 milyon manat yerli xərc nəzərdə tutulub.

Gəlirlərin yerli xərclərdən artıq olan 17 milyard 694 milyon manatlıq hissəsinin mərkəzləşdirilmiş gəlirlərə aid edilməsi planlaşdırılır.

Xatırladaq ki, Azərbaycanın 2027-ci il üçün dövlət büdcəsinin gəlirləri son proqnozlara əsasən 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat həcmində gözlənilir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR