Davudoğlundan seçkilərlə bağlı mühüm açıqlama – “Türkiyənin bu seçkiyə gücü çatmaz”

30-10-2015, 13:59 712 dəfə baxılıb

Davudoğlundan seçkilərlə bağlı mühüm açıqlama – “Türkiyənin bu seçkiyə gücü çatmaz”










Türkiyənin baş naziri Əhməd Davudoğlu iştirak etdiyi bir televiziya proqramında seçkilərə dair mühüm açıqlamalar verib

AKP sədri və baş nazir Əhməd Davudoğlu NTV kanalında canlı yayımda 1 noyabr seçkilərindən sonra yeni bir seçkinin olub-olmayacağı sualına aydınlıq gətirib.
Davudoğlu Türkiyənin 1 noyabr tarixində keçiriləcək növbədənkənar parlament seçkilərindən başqa üçüncü bir seçkiyə gücü çatmayacağını bildirib.
Davudoğlu “1 noyabrdan sonra yenə seçki ola bilərmi?” sualına belə cavab verib:
“Xeyr. Belə bir gündəmimiz yoxdur. Mən bu məsələyə bundan əvvəl də toxunmuşdum. Türkiyənin də belə bir şeyə gücü çata biləcəyini düşünmürəm. Hal-hazırda bu ölkəni mən idarə edirəm və nələr çəkdiyimizi də ancaq biz bilirik”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR