İtaliyanın İqtisadiyyat naziri könüllü olaraq karantinə yerləşdirilib

5-03-2020, 17:15 385 dəfə baxılıb

İtaliyanın İqtisadiyyat naziri könüllü olaraq karantinə yerləşdirilib

İtaliyanın İqtisadi İnkişaf naziri Stefano Patuanelli, fevralın 25-də koronavirus xəstəliyinə yoluxmuş Lombardiya rəsmisi Alessandro Mattinzoli ilə görüşdüyünə görə 10 marta qədər könüllü olaraq özünü karantinə yerləşdirib.

SalamNews bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

A.Mattinzolinin koronavirusa yoluxduğu martın 2-də məlum olub.

Bundan sonra, siyasətçinin bütün həmkarlarına qan analizi edilib, heç kimdə koronavirus aşkar edilməyib.

Daha sonra A. Mattinoli ilə S.Patuanellinin İtaliyanın İqtisadi İnkişaf Nazirliyində 15 dəqiqəlik görüş keçirdiyi ortaya çıxıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR