Çinin ilk koronavirus vaksini BU TARİXDƏ hazır olacaq

16-09-2020, 14:32 178 dəfə baxılıb

Çində hazırlanmaqda olan koronavirus vaksinlərindən birincisi bu ilin noyabr və ya dekabr ayında ictimaiyyətə təqdim olunacaq.

Bunu Çinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin eksperti U Quyçjen deyib.

O bildirib ki, hazırd vaksinin kliniki sınaqlarının üçüncü mərhələsi uğurla davam edir. Ekspert özünün də peyvənd olunduğunu və hər hansı yan təsir hiss etmədiyini deyib.

Qeyd edək ki, hazırda Çində doqquz koronavirus vaksini müxtəlif sınaqlar mərhələsindədir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR