Rusiya Qara dənizdə təhlükəsizlik dəhlizi boyunca hərəkəti dayandırıb

1-11-2022, 10:00 106 dəfə baxılıb

Rusiya Qara dənizdə təhlükəsizlik dəhlizi boyunca hərəkəti dayandırıb


Rusiya “Qara Dəniz Təşəbbüsü” ilə müəyyən edilmiş təhlükəsizlik dəhlizi boyunca hərəkəti dayandırır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

“Gəmilərin təhlükəsizlik dəhlizi boyunca hərəkəti yolverilməzdir, çünki Kiyev bu dəhlizdən Rusiyaya qarşı hərbi əməliyyatlar aparmaq üçün istifadə edir", - deyə Rusiya MN-in məlumatında qeyd olunub.

Rusiyanın “Qara Dəniz Təşəbbüsü”ndən çıxmadığı, razılaşmaların fəaliyyətini dayandırdığı vurğulanıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR