Ərdoğandan acı etiraf: Müharibə tezliklə bitməyəcək

23-09-2025, 07:02 13 dəfə baxılıb

Ərdoğandan acı etiraf: Müharibə tezliklə bitməyəcək


“Ukraynada müharibə tezliklə bitməyəcək. Bu yaxşı xəbər deyil”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Fox News”a müsahibəsində bildirib.

"Ukraynadakı müharibənin tezliklə bitəcəyinə inanmıram. Bu, yaxşı xəbər deyil", - o deyib.

Ərdoğan həmçinin əmindir ki, Avropa Ukraynaya həmişəlik iqtisadi yardım göstərə bilməyəcək və Ukrayna iqtisadi cəhətdən Rusiya ilə rəqabət apara bilməz.

“Ümid edirik ki, bu dəstək davam edəcək", - prezident Ərdoğan qeyd edib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR