Hörmüzdən keçən gəmilərdən haqq alınacaq

Bu gün, 06:38 8 dəfə baxılıb

Hörmüzdən keçən gəmilərdən haqq alınacaq


İran Fars körfəzindən keçəcək kommersiya gəmilərindən təhlükəsizlik haqları tələb etməyə başlamaq niyyətindədir.

Məlumatı CNN yayıb.

Kanal, ölkənin liderlik strategiyası ilə tanış olan İran mənbəsinə istinadən xəbər verir ki, "İran Fars körfəzində ABŞ-ın müttəfiq ölkələrinə məxsus neft tankerlərinə və kommersiya gəmilərinə "təhlükəsizlik rüsumu" tətbiq etmək planını tamamlayır".

Mənbə Hörmüz boğazının "bağlandığını" və İranın "qlobal neft qiymətlərinə nəzarət etdiyini" iddia edib: “Enerji qiymətləri dəyişkən hala gəlib və Tramp məğlubiyyətini elan edənə qədər mübarizəmizi davam etdirəcəyik".

Daha əvvəl ABŞ prezidenti Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin lazım gələrsə, tankerləri Hörmüz boğazından keçirəcəyini bildirmişdi.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR