ABŞ və Çin hər iki tərəfdən təxminən 30 milyard dollar dəyərində həssas olmayan məhsullara daha əlverişli gömrük tariflərinin tətbiqini nəzərdə tutan “30-a 30” çərçivəsi üzrə razılaşıb.
Razılaşmaya əsasən, ABŞ-ın Çindən idxal edəcəyi məhsullar arasında məişət texnikası, Çin tərəfindən ABŞ-dan idxal olunacaq məhsullar arasında isə kənd təsərrüfatı, ərzaq və tibbi avadanlıqlar üstünlük təşkil edəcək.
Tarif endirimlərinin hər iki ölkənin daxili hüquqi prosedurlarından sonra qüvvəyə minəcəyi bildirilib.(apa)
loading...