Ermənistan hakimiyyəti Azərbaycanla sərhədin demarkasiyası nəticəsində erməni tərəfinin mövqe və ya ərazi güzəştlərinə getməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisi “Armenpress”in bununla bağlı sorğusunu cavablandırıb.
Son günlər bəzi informasiya mənbələrində Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası prosesində Ermənistan tərəfinin mövqe və ya ərazi güzəştlərinə getdiyi barədə məlumatlar yayılıb.
Mher Qriqoryanın ofisi isə yayılan bu məlumat və iddiaların həqiqətə uyğun olmadığını bəyan edib.
Ermənistan hökuməti bununla da sərhədin demarkasiyası nəticəsində hər hansı mövqe və ya ərazi güzəştinin edilməsi barədə yayılan xəbərləri rəsmi şəkildə təkzib edib.
loading...