ABŞ-ın üçüncü təyyarədaşıyanı Yaxın Şərqə çatdı: İrana hücum an məsələsi

Bu gün, 06:44 20 dəfə baxılıb

ABŞ-ın üçüncü təyyarədaşıyanı Yaxın Şərqə çatdı: İrana hücum an məsələsi


ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə enerjisi ilə işləyən təyyarədaşıyan gəmisi "Theodore Ruzvelt" ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına çatıb.

Məlumatı "Axios" və İsrailin 12-ci kanalının müxbiri Barak Ravid adı açıqlanmayan ABŞ rəsmisinə istinadən X hesabında paylaşıb: "ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan gəmisi Ruzvelt bazar günü ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına çatıb".

Onun sözlərinə görə, hazırda CENTCOM-un Yaxın Şərqdə üç təyyarədaşıyan gəmisi var.
ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına əsasən Yaxın Şərq və Şimali Afrika daxildir.
Teodor Ruzvelt gəmisinin Yaxın Şərqə göndərilməsi ABŞ-ın İrana qarşı yeni hücum əməliyyatına hazırlığın tərkib hissəsi hesab olunur.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR