Azərbaycanda vəkil həbs edildi

Bu gün, 07:00 19 dəfə baxılıb

Azərbaycanda vəkil həbs edildi


Azərbaycanda daha bir vəkil həbs edilib.
"Qafqazinfo" xəbər verir ki, vəkil Elçin Əmirov polis tərəfindən tutulub.
9 saylı vəkil bürosunda fəaliyyət göstərən E.Əmirov vətəndaş şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq - təkrar törədildikdə) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

O, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.

Qeyd edək ki, 2 gün əvvəl də vəkil Raman Abışov həbs edilmişdi. O, hədə-qorxu ilə tələb etməkdə ittiham olunur.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR