Tramp Pentaqona Əsədin məhvi əmrini verib – Şok iddia

5-09-2018, 12:15 331 dəfə baxılıb

Tramp Pentaqona Əsədin məhvi əmrini verib – Şok iddia


ABŞ Prezidenti Donald Tramp 2017-ci ilin aprelində Müdafiə naziri Ceyms Mettisə Bəşər Əsədin məhv edilməsi haqqında əmr verib.

Axar.az xəbər verir ki, bu barədə məlumat amerikalı jurnalist Bob Vudvordun yeni dərc edilmiş “Qorxu. Tramp Ağ Evdə” kitabında yer alıb. Jurnalistin iddiasına görə, Tramp bu barədə əmri Suriyanın İdlib vilayətinə Əsəd rejimi tərəfindən təşkil edilən kimyəvi hücumdan sonra verib. Belə ki, həmin vaxt Mettislə əlaqə yaradan Trampa ona “Gəlin onu öldürək! Gəlin onların hamısını öldürək!” sözlərini deyib.

Bundan sonra Mettis Trampa bu məsələ ilə məşğul olacağını deyib. Dəstəyi asdıqdan sonra isə öz köməkçisinə heç nə etməyəcəklərini söyləyib.

Qeyd edək ki, Vudvordun yeni kitabı 11 sentyabrda satışa çıxarılacaq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR