Lukaşenko müharibəyə hazırlığı ELAN ETDİ - 7 milyon insan silahlandırılacaq

9-10-2018, 00:11 300 dəfə baxılıb

Lukaşenko müharibəyə hazırlığı ELAN ETDİ - 7 milyon insan silahlandırılacaq


Belarusda müharibə halında, uşaqlardan başqa, respublikanın bütün sakinləri silahla təmin ediləcək.

Publika.az xəbər verir ki, bu haqda Brest vilayətində hərbi poliqona səfəri zamanı ölkə prezidenti Aleksandr Lukaşenko bildirib.

“Allah eləməsin, müharibə olacağı halda, biz hər bir ailəyə silah-sursat paylayacağıq. Və biz öz ərazimizi hamıdan müdafiə edəcəyik. Qocalar və hətta qadınlar - yeddi milyon insan yeddi milyon silah alacaq ki, qoruna bilsinlər”, - Belarusun başçısı əlavə edib.

Lukaşenko həmçinin qeyd edib ki, ölkəyə yalnız müdafiə silahı lazımdır. Dövlət başçısı respublikanın silahlanmasında 300-350 kilometr uçuş məsafəsi olan raketlərin olduğunu vurğulayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR