Kremllə Paşinyanın arasında heç vaxt olmayacaq münasibət: səmimiyyət... - TƏHLİL

13-04-2019, 20:15 260 dəfə baxılıb

Kremllə Paşinyanın arasında heç vaxt olmayacaq münasibət: səmimiyyət... - TƏHLİL

Düşmən Ermənistanın baş nazirinin xaotik vurnuxmaları haqqında düşünəndə ağla məhz bu sözlər gəlir: “Fiqaro burada, Fiqaro orada”.

Gah eşidirik ki, baş nazir Paşinyan ölkədəki rus hərbi bazasına baş çəkib, gah da oxuyuruq ki, o, artıq Qarabağdadır! Ertəsi gün isə xəbəri Avropa Şurasından gəlir! Bu adamın ağlında nə var? O, nəyə hazırlaşır?

Biz düşünmürük ki, erməni baş naziri elə qəliz, tapmacalı adamdı ki, onun nə düşündüyünü yəqinləşdirmək və ya hərəkətlərini hesablamaq mümkün olmasın.

Yox, qarşımızdakı tipik, standart “küçə siyasətçisi”dir və o, publika önündə özünü nümayiş etdirməkdən, “qızıl dağlar” vəd etməkdən və bir də “əcinnə ovu” təşkil etməkdən başqa bir şey bacarmır.

Ona görə də fikirləşirik ki, öz müdafiə nazirinin sərsəm, axmaq bəyanatlarına baxmayaraq, Paşinyan özü yüzə - yüz heç bir müharibə haqqında düşünmür. Belə bir məşhur Şərq pritçası var. İtdən soruşurlar ki, niyə hürürsən. Cavab verir ki, canavarları qorxuduram. Deyirlər ki, bəs quyruğun niyə belə əsir Qayıdır ki: “Özüm də qorxuram axı!”....

Qeyd edək ki, müasir, demokratik Dünyada kimisə hansısa heyvanla müqayisə etmək artıq təhqir hesab olunmur, çünki heyvanlar daha təhqiramiz varlıqlar sayılmırlar – heyvanların hüquqlarının müdafiəsilə məşğul olan fəallar bunu təsdiq edər.
Ona görə də yoldaş N.Paşinyanla qorxaq it arasında şərti analogiya aparsaq bu nəticəyə gələrik: hiss olunur ki, bu varlıq Dağlıq Qarabağ məsələsində güzəşt haqqında düşünmür, amma anlayır ki, belə halda proses hərb müstəvisinə istiqamət götürə bilər – Azərbaycan ən azı öz ərazisinin bir hissəsini qaytarmaq üçün hərbi əməliyyatlara başlayar...

Dağlıq Qarabağın hərbi-siyasi teatrında hadisələrin belə istiqamət almasını durdurmaq üçün Ermənistanın yeganə qalxanı və yaxud da “ümmunitet”i Kremlin dəstəyidir.

Amma Paşinyanın Kremllə də ciddi problemləri var. Moskvanın ona qarşı etimadsızlığı hələ də davam edir, çünki bu adam Kremlin xahiş – minnətinə baxmayaraq, nə general Y.Xaçaturovu azad etdi, nə də eks- prezident R.Koçaryanı. Üstəlik, erməni baş naziri gözünün bir qırağı ilə daim Qərbə tərəf baxır, çünki ölkəni yedizdirmək və qurmaq da lazımdı.

Uzun-uadı dilənçilikdən sonra, nəhayət ki, Avropa Birliyi ona bir az kredit vəd edib və bu, faktiki olaraq Paşinyanın yeganə ümid yeridir.

Aydındır ki, onun avro-çabaları heç də Moskvanın ürəyindən deyil. Odur ki, vəziyyəti hələ də qəliz olaraq qalır – manevr üçün meydan elə də böyük deyil.

Belə dayanıqsız vəziyyətdə Kreml hər an özünün forpostunu tək qoya bilər - ən azı nankor nökərini cəzalandırmaq üçün.
Azərbaycan üçün isə hətta bu da yetərlidir – Moskvanın “dinməz razılığı” Bakının hərbi əməliyyatlarına yol aça bilər və əgər Bakı heç olmasa, bilavasitə Dağlıq Qarabağın inzibati vahidi olmayan bir neçə işğal olunmuş rayonu qaytararsa, o halda Ermənistana danışıqlarda “ticarət” aparmaq üçün daha heç nə qalmayacaq, çünki İrəvan indiyədək həmin rayonların azad olunmasını oyuncaq Dağlıq Qarabağ rejiminə müstəqillik verilməsilə şərtləndiribdir.

Vyana görüşü Bakı üçün Ermənistanın yeni hakimiyyətilə danışmaq üçün ilk imkan idi. Amma görüşdən dərhal sonra hər iki tərəfdən sözün əsl mənasında hərbi ritorika partlayışı oldu.

Düşünmək olar ki, artıq hər şey bitib və daha heç bir görüş olmayacaq. Amma xarici işlər nazirlərinin növbəti görüşünü heç kim ləğv etməyibdi. Ən əsası isə Rusiyanın naziri S.Lavrov da görüşə qatılmaq arzusundadır. Amma biz onun adını eşidən kimi heç bilmədik ki, dodaqlarımızdan bir cümlə necə qopdu: “Lavrovla yaxşıdır, amma Lavrovsuz əladır”...

Məsələ bundadır ki, cənab Lavrov Kremldə Ermənistan üçün lobbiçilik edir. Üstəlik, Kremlin öz mövqeyinə gəldikdə isə, Moskva üçün “Dağlıq Qarabağ problemini tezliklə necə həll etməli?” sualı yoxdur, onun dərd -səri Eermənistandakı dayaqlarını bərpa etməkdir.

N.Paşinyan da nə qədər atılıb-düşsə də Kreml onu “öz adamı” kimi qəbul etmir. Bundan başqa, Kremlin yaxın ətrafında demokratik rejimlər yoxdur və Moskva demokratik rejimləri idarə etmək, onları öz ətrafında saxlamaq üçün uyğun təcrübəyə də malik deyil.

Daha düzünü desək, demokratik rejimləri idarə etməyə can atmaq arzusu, ümumiyyətlə, boş sevdadır. Əlbəttə, biz demirik ki, İrəvanda lap Qərb standartlarına cavab verən bir demokratik rejim bərqərar olubdur, amma hər halda, Ermənistan Tacikstan da deyil – burada ən azı “küçə demokratiyası”nın bəzi elementləri bərəqrar olub.

Odur ki, nə Kreml, nə də Paşinyan heç vaxt biri-birlərinə münasibətdə səmimi olmayacaqlar. Belə vəziyyətdə isə bizə əlverişli bir situasiyada bundan yalnız yararlanmaq qalacaq...

O ki qaldı Paşinyan cənablarının Avropa Şurasına yollanmasına, ilk xəbərlərdən bu adamın avropalı demokratlara ksenofobiya, şovinizm və millətçilik mövzusunda mühazirə oxuyacağını öyrənmişdik. Gülməlisisə heç bilirsinizmi nədir? Ermənistan Cənubi Qafqazda yeganə mono -etnik ölkədir və erməninin polietnizmdən, dini və etnik dözümlülükdən danışması ərəb səhralarındakı beduinlərin qardan və ya buz dağlarından danışması kimi bir şeydir.

Bəli, avropalı parlamentarilər bu qədər hadisələrdən sonra da stereotiplərlə yaşamaqdan və qiymətləndirməkdən savayı yol bulmurlar. Bir stereotip də budur ki, kiçik, üstəlik, xrsitianlığı “birinci qəbul etmiş” “yazıq” erməni xalqı ksenofob və şovinist ola bilməz.

Biz məsləhət görərdik ki, avropalı deputatlar psixiatrların yanında müayinə keçsinlər, çünki DDS-dən – diqqətsizlik defisiti sindromundan əziyyət çəkirlər. Bu isə uşaq autizminin ciddi əlamətlərindən biridir.

O ki qaldı ksenofobiyaya və şovinizmə, alman faşistləri, eləcə də 20-ci əsrin sonlarında Yuqoslaviyada qırğınlar törədən hərbi canilər də formal olaraq xristian idilər. Gərək ki, bunu avropalılar yaxşı bilirlər axı...
Hüseynbala Səlimov \\musavat.com\\


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR