Putin və Medvedevin maskası ilə 2 türk soyuldu - 20 min dollar

7-12-2018, 22:23 386 dəfə baxılıb

Putin və Medvedevin maskası ilə 2 türk soyuldu - 20 min dollar
Ukraynada iki türk vətəndaşı Putin və Medvedev maskalı silahlı şəxslər tərəfindən soyulub.

Lubyanka kəndində bir neçə ay əvvəl baş vermiş hadisədə oğrular türklərin 20 min dollarını oğurlayıb.

Polis hadisədən sonra Kiyevdə apardığı əməliyyat nəticəsində 4 nəfəri saxlayıb.

“TurkRus”un xəbərinə görə, qarətçilərin silahları arasında əl bombasından tapançaya qədər bütün silahlar olsa da, ən çox diqqət çəkən Putin və Medvedev maskaları olub.

Həmin maskalar “dəlil” olaraq götürülüb.

Qarətçilərin 30 və 55 yaşları olduğu bildirilib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR