Cəlilabadda şagirdinə sataşan müəllimi döydülər-VİDEO

22-05-2019, 23:00 291 dəfə baxılıb

Cəlilabadda şagirdinə sataşan müəllimi döydülər-VİDEO


Cəlilabad rayonunda müəllimin döyüldüyünü əks etdirən video yayılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, videoda iddia olunur ki, 60 yaşlarında olan müəllim qız şagirdinə sataşıb. Buna görə də həmin müəllim qızın yaxınları tərəfindən döyülərək təhqir edilib.

Məsələ ilə bağlı Cəlillabad rayon təhsil şöbəsindən Unikal.org-a bildirilib ki, döyülən Uzuntəpə kənd 3 nömrəli məktəbin Alim adlı müəllimdir. Məsələ ilə bağlı təhsil şöbəsində araşdırma aparılır.




Yerli mətbuat orqanlarından birində Cəlilabad rayonunda müəllimin döyüldüyünü əks etdirən video yayılıb.

60 yaşlarında olan müəllimin qız şagirdə sataşdığı və bu səbəbdən də həmin müəllimin qızın yaxınları tərəfindən döyülərək təhqir edildiyi iddiası var.

Cebhe.info məlumatı Cəlilabad rayon Təhsil Şöbəsi ilə dəqiqləşdirib.

Özünü təqdim etməkdən imtina edən şöbə rəsmisinin sözlərinə görə, baş vermiş olay araşdırılır:

“Məsələni biz də araşdırırıq. Müəllimi də, məktəblinin yaxınlarını da Təhsil Şöbəsinə dəvət etmişik. Hələ dəqiq məlumat deyil. Şər-böhtan da ola bilər. Söhbət Uzuntəpə kənd 3 nömrəli orta məktəbdə çalışan ibtidai sinif müəllimindən gedir”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR