Məşhur istirahət mərkəzinin rəhbəri vəfat etdi

Bu gün, 07:15 14 dəfə baxılıb

Məşhur istirahət mərkəzinin rəhbəri vəfat etdi


Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Atlant” Ailəvi İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşov vəfat edib.

Bizim.Media xəbər verir ki, o, ürək çatışmazlığından dünyasını dəyişib.

T.Qədəşovun nəşi bu gün Bakıdan Qubaya gətiriləcək və İsnov kəndində dəfn olunacaq.

Qeyd edək ki, onun kürəkəni, “Təbriz” MTK-nın rəhbəri və “Atlant” istirahət mərkəzinin şəriklərindən biri olan Nofəl Hacıyev noyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Məhkəmə qərarı ilə “Atlant” Ailəvi İstirahət Mərkəzi də müsadirə olunub.

İttihama əsasən, Nofəl Hacıyev 2018–2022-ci illərdə “Təbriz” MTK-nın tikilməkdə olan binalarındakı mənzilləri bir neçə şəxsə sataraq 171 vətəndaşın 14 milyon manatdan çox vəsaitini dələduzluq yolu ilə ələ keçirib.

İstintaq materiallarına görə, həmin vəsait “Atlant” istirahət mərkəzinin təmir-tikinti işlərinə yönəldilib.

Məhkəmənin qərarına əsasən, kompleks hərrac yolu ilə satılacaq, əldə olunan vəsait isə zərərçəkmiş vətəndaşlara dəymiş ziyanın ödənilməsinə yönəldiləcək.

İş üzrə digər təqsirləndirilən şəxs, “Təbriz” MTK-nın icraçı direktoru Talış Məhəmmədova isə şərti cəza verilib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR