Salyan rayonunda keçirilən şənliklərdən birində rəqs etməklə bağlı yaranan mübahisə qanla bitib.
Lent.az xəbər verir ki, hadisə zamanı içkili vəziyyətdə olan iki şəxs arasında musiqi sifarişinə görə qarşıdurma yaranıb. Tərəflərdən birinin onun istədiyi mahnının səsləndirilməsini tələb etməsi əlbəyaxa davaya çevrilib.
Bu zaman əvvəllər məhkum olunmuş X.Verginov kəsici alətlə digər şəxsə müxtəlif dərəcəli xəsarətlər yetirib.
Polis tərəfindən keçirilən tədbirlərlə hadisəni törədən şəxs saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
loading...