Ermənistan konstitusiyasına dəyişiklik edildikdən sonra Azərbaycanla sülh müqaviləsinin imzalanması bir neçə günün məsələsi ola bilər.
Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan İctimai Televiziyaya müsahibəsində bildirib.
“Mən Azərbaycanla danışıqlarda iştirak edirəm və şəxsi qənaətimə görə, Konstitusiya dəyişdiriləcəyi təqdirdə sülh müqaviləsinin imzalanması bir neçə günün məsələsidir”, – Simonyan bildirib.
Simonyan noyabrın 19-da jurnalistlərə açıqlamasında da Azərbaycanla sülh müqaviləsinin Ermənistan Konstitusiyasına dəyişikliklər edildikdən sonra imzalanacağını vurğulayıb.
O bildirib ki, yeni Konstitusiyanın qəbuluna ehtiyac yalnız Azərbaycanla sülh gündəliyi ilə deyil, həm də mövcud geosiyasi reallıqlarla bağlıdır.
“90-cı illərdə qəbul edilmiş Konstitusiya ilə bugünkü reallıqlar, mövcud geosiyasi vəziyyət tamamilə fərqlidir. Beş il əvvəlki Ermənistanla bugünkü Ermənistan eyni deyil”, – Simonyan əlavə edib.
loading...