ABŞ-də yaşayan azərbaycanlı aparıcının övladlarının məktəbində bomba təhlükəsi

Bu gün, 07:12 20 dəfə baxılıb

ABŞ-də yaşayan azərbaycanlı aparıcının övladlarının məktəbində bomba təhlükəsi


ABŞ-də yaşayan azərbaycanlı aparıcı Hüsniyyə Məhərrəmovanın övladlarının oxuduğu məktəbdə bomba həyəcanı yaşanıb.
O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"Bildiyiniz kinoda yaşayırıq. Hər iki məktəbi bomba təhlükəsi ilə evakuasiya ediblər. Birində qızım, birində isə oğlum oxuyur. Bütün yolları bağlayıblar, məktəb ərazisinə nə girmək, nə də çıxmaq olur", - H.Məhərrəmova bildirib.

Aparıcı daha sonra övladlarını məktəbdən götürdüyü anları əks etdirən görüntüləri də izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, Hüsniyyə Məhərrəmova bir müddətdir ABŞ-də yaşayır. Onun iki övladı var.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR