Professoru öldürüb, meyitini "kislota"da əritdi - dəhşətli qətl

17-07-2020, 19:37 325 dəfə baxılıb

Rusiyada aspirant professor Vyaçeslav Kuznetsovu öldürüb, meyitini isə kimyəvi məhlulda əritməyə çalışıb.

Voronejdə aspirant dostu ilə professorun evini qarət etmək qərarına gəliblər. Onlar evə daxil olaraq professorun üzünü kimyəvi məhlulda isladılmış əl dəsmalı ilə tutublar. 57 yaşlı professor huşunu itirərək yerə yıxılıb. Ev sahibinin huşsuz vəziyyətindən istifadə edən qarətçilər onun evini soyublar. Soyğunçular qurbanlarının vəziyyətini yoxlamaq qərarına gəldikdə, professorun öldüyü məlum olub. Cinayətin izini itirmək istəyən aspirant onun meyitini parçalayaraq qalıqlarını hidroklor turşusu və xlor olan qablarda gizlədib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR