84 qadının qatilindən ŞOK ETİRAFLAR

22-07-2020, 14:43 154 dəfə baxılıb

"Bu rəsmən təsdiq olunanlardır. Öldürdüklərim bundan daha çoxdur".

Hüquq-mühafizə orqanlarının məlumatına görə, sabiq polis manyakın öldürdüyü qadınların sayı 100-dən artıqdır...

84 qadını öldürməkdə təqsirli bilinərək ikiqat ömürlük həbs cəzası alan Anraqlı manyak Mixail Popkov "lenta.ru"ya açıqlamasında törətdiyi cinayətlər barəsində və öldürdüklərinin sayının rəsmi qeyd olunduğundan artıq olduğunu qeyd edib. Törətdiyi cinayətlə barədə etdiyi bəzi yeni etiraflar və səbəblər barəsində danışıb.

Rusiya tarixində ən qanlı manyak Popkov artıq cəza çəkdiyi Torbeevski həbsxanasında yorulduğunu və törətdiyi cinayətlərlə bağlı etiraf məktubu yazmaq qərarına gəldiyini deyib. İstintaq eksperimentində fasiləsiz iştirak etmək üçün bir etiraf məktubu yazmaq niyyətindəyəm.

Popkov deyib ki, məni İrkutska etap edəcəklərinə əminəm: "Mən digər cinayət epizodları barədə ifadələr verə bilərəm. Hansı ki, hüquq-mühafizə orqanları bunlardan xəbərsizdir".

Hüquq-mühafizə orqanlarının qeyri-rəsmi əməliyyat məlumatına görə, Mixail Popkov 100-dən artıq qadını qətlə yetirib. O bu cinayətlərini Rusiyanın İrkutsk vilayəti, Buryatiya Respublikasında, Çita vilayətində və Primyore diyarında törədib. Popkov zamanında İrkutsk vilayətinin Anqarsk şəhərində polis işləyib. Sonra maşın alış-verişi ilə məşğul olub. O Rusiya tarixində ən qəddar ölümlə nəticələrnən cinayət törədən şəxs kimi tarixə düşüb. Manyak öz qurbanlarını amansızcasına öldürməklə yanaşı, təcavüz edib. Buna görə də onun barəsində ikiqat ömürlük cəzası kəsilib. (ölkə.az)


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR