Türkanda karxanaya silahlı hücum- Video

20-02-2021, 17:07 220 dəfə baxılıb

Xəzər rayonu, Türkan qəsəbəsindən fevralın 17-dən 18-nə keçən gecə qəsəbə sakini Seymur Quliyev Nəzakət Quliyevaya məxsus daş karxanasına basqın edib .Zərərçəkənlərin "Yeni Müsavat”a verdiyi məlumata görə, Samir Quliyev artıq polis əməkdaşları tərəfindən tutulub. Xatırladaq ki, Samir Quliyev karxanada işləyən fəhlələrə odlu silahdan atəş açıb, 2 fəhləni isə silahın qundağı ilə vurub ağır xəsarətlər yetirib. 

 

Nəzakət Quliyeva deyir ki, 1 saylı Polis Şöbəsində hadisə ilə bağlı izahat veriblər.

Xəzər Rayon Polis İdarəsinin rəis müavini isə onlardan tələb edib ki, silah məsələsin yığışdırın. Hər halda vətəndaş bu iddianı edir. Deyir ki, bütün bunlar məsələni ört-basdır etməkdən ötrüdür.

Və bu haqda şikayətini videosüjetdə nazir Vilayət Eyvazova ünvanlayır.

Hər halda vətəndaşlar ciddi ittihamlar irəli sürür.

Qarşı tərəfi dinləyə bilərik.

 

 


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR