Məktəbli özünü asdı: toya gedə bilmədiyi üçün - İDDİA

7-04-2021, 17:07 23 dəfə baxılıb

Aprelin 4-də Gədəbəy rayonu, Pərizamanlı kənd sakini, 16 yaşlı Şöhrət Vüqar oğlu İbrahimov özünü həyətdəki tövlədə asıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, həmin gün qonşuluqda şənlik olub. İddiaya görə, evin tək oğlu olan və 9-cu sinifdə oxuyan Şöhrət də orada iştirak etmək istəsə də, amma atası buna razı olmayıb. Onun məhz bu səbəbdən evlərinin həyətindəki tövlədə intihar etdiyi ehtimal olunur.

Hazırda faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR