Bərdədə arvadı evdən qaçan kişi dəliyə döndü — Dəhşətli cinayətin təfərrüatı

18-05-2021, 21:07 113 dəfə baxılıb

Bərdə rayonunda 1981-ci il təvəllüdlü Ramin həmyerlisi Zahidi şəxsi münasibətlər zəminində bıçaqlayıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Bərdə rayonu, Güloğlular kəndi ərazisində yerləşən "Təzə bazar” adlanan yerdə tərəvəz məhsullarının topdan satışı ilə məşğul olan anbarın içərisində baş verib.

Ramin tanışı Zahid ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Raminin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ramin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, bildirib ki, həyat yoldaşı Günay ilə münasibətləri pozulduğundan 2020-ci ilin yay aylarında ondan ayrı kirayədə tutduğu evdə xatırlamadığı tarixlərdə yaşamağa başlayıb: "Təsadüfən arvadım Günayın kirayə yaşadığı evə gedən zaman həmin evin sahibi olan, adını bilmədiyim qadın məni evə buraxmadı. Bu barədə polis əməkdaşlarına xəbər verdim. Daha sonra polis əməkdaşları ilə birlikdə həmin evə gedən zaman arvadı Günayın evdə olduğunu və "Səbuhi” adı ilə tanıdığım Zahid adlı şəxsin arvadının yanında olduğunu bildim. Bir müddət keçdikdən sonra Günaydan ayrılsam, övladlarım üçün aliment ödəyə bilməyəcəyimi fikirləşdim. Arvadım ilə barışıb yenidən birlikdə yaşamağa başladım. Birlikdə yaşadığımız dövrdə Günay mənimlə yersiz mübahisə edərək yola getmədi”.

Raminin sözlərinə görə, kirayədə yaşamaq üçün ev axtarmağa gedib: "Evə qayıdarkən evdə heç kimin olmadığını, Günayın özünə məxsus olan paltarları və əşyaları yığaraq getdiyini gördüm. Bu səbəbdən kiçik oğlum Nicat ilə atasıgilin yaşadığı Bərdə rayonu, Nəzirli kəndində yerləşən evə gedərək orada yaşamağa başladım. Bir müddət sonra Günay ilə yolda rastlaşan zaman sonuncuya birlikdə kənddə yaşamağı təklif etdim. Günay Bakı şəhərinə gedəcəyini dedi. Sonradan Günayın Bərdə rayonu, Güloğlular kəndi ərazisində yerləşən bazardakı çayxanalardan birində, Zahidin isə həmin çayxana ilə üzbəüz istiqamətdə yerləşən kartof-soğan satılan mağazada işlədiyini öyrəndim. Həmin vaxt Günaya evə qayıtmasını bildirsəm də, Günay məni təhqir etdiyi üçün həmin yerdə çox qalmayaraq getdim”.

Təqsirləndirilən şəxs bildirib ki, Günay Bərdə şəhərində yaşayan bacısı Ceyranın evinə gedərək nalayiq ifadələr işlədib: "Bu səbəbdən Günayın istifadəsində olan mobil nömrəyə zəng etməklə onu axtarmağa başladım. Oğlum Nicatla birlikdə Bərdə şəhərinə gələrək "Ayaq körpüsü” deyilən yerin yaxınlığındakı kafedə yemək yeyərək spirtli içki olan araq qəbul etdim. Daha sonra Günayı axtarmaq məqsədi ilə oğlum Nicatla birlikdə Günayın əvvəl işlədiyi bazara getdim. Orada təsadüfən Zahidlə qarşılaşdım. Zahidddən Günayın harada olduğunu soruşanda, sonuncu məni təhqir etdiyi üçün şalvarımın belində, kəmərinin altında gəzdirdiyim bıçağı çıxraraq ona doğru atdım. Bıçağın Zahidə dəyib-dəymədiyini bilmədim. Zahid isə qaçaraq oradan uzaqlaşdı. Bir neçə metr irəlilədikdən sonra əlindəki bıçağı ataraq oğlum Nicatla birlikdə evə getdim. Həmin gün polis əməkdaşları mobil telefonuma zəng edərək məni polis şöbəsinə çağıranda Zahidin xəsarət aldığını bildim”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Zahid bildirib ki, təxminən 2 il əvvəl Ramin soğan alağı edərkən tanıyıb: "Sonradan aramızda münasibət yarandı. Günayın ərli qadın olduğunu, lakin ərindən ayrı yaşadığını bildimr. Hadisədən təxminən bir il əvvəl kirayədə yaşayan zaman Günay və əri Raminin həmin ərazidə kirayədə yaşadığını gördüm. Ramin müəyyən müddətdən sonra mənimlə yemək yedi, birlikdə araq içdik və aramızda qarşılıqlı münasibətlər yarandı. Ramin kiçik oğlu Nicat ilə birlikdə mənim işlədiyim Bərdə rayonu, Güloğlular kəndi ərazisində yerləşən bazarda Zaur adlı şəxsə məxsus olan mağazaya gələrək mənimlə işi olduğunu dedi. Mən də Raminə mağazanın içərisinə daxil olmasını söylədim. Ramin mağazaya daxil olandan sonra Günayın harada olmasını məndən soruşdu. Mən də Günayın harada olmasından məlumatsız olduğumu bildirdim. Ramin yenidən arvadını məndən soruşanda, Raminin paltarının yaxasından tutdum, həmin vaxt Ramin bir əli ilə onun əlinin üstündən vurdum, digər əlim ilə isə sinəsinin sol tərəfindən bir dəfə zərbə endirdim. Həmin an sol tərəfindən bıçaq zərbəsinin dəydiyini hiss etdim, lakin bıçağı görmədim. Bundan sonra mağazanın arxa tərəfində olan qapıdan qaçdım. Sinəmin sol tərəfinə baxdıqda həmin nahiyəsindən qan axdığını gördüm. Buna görə də mağazanın yanında dayanan Zaurdan məni xəstəxanaya aparmasını xahiş etdim. Zaur vəziyyətimi görüb kim tərəfindən bıçaqlandığımı soruşan zaman Ramin tərəfindən bıçaqlandığımı dedim. Daha sonra Zaur avtomobil ilə məni xəstəxanaya apardı”.

Cinayət işi üzrə şahid qismində ifadə verən Günay bildirib ki, 2009-cu ildə Bərdə rayon sakini Ramin ilə ailə qurub: "Lakin bir müddətdən sonra ailə daxilində münasibətlərimiz normal olmadığı üçün ondan ayrı yaşamağa başladım. 2017-ci ildə əsl adı Zahid olan Bərdə şəhər sakinini tanıdım və ərimdən ayrı yaşadığı müddətdə Zahid mənə maddi dəstək oldu, münasibətlərimiz yarandı. 2020-ci ilin sentyabrında Raminlə birlikdə yaşamağa başladım. Lakin təxminən bir aydan çox birlikdə yaşasaq da, onların münasibətim alınmadığından yenidən ayrı yaşamağa qərar verdim. Ramin kirayə pulunu verə bilmədiyi üçün evdən çıxdı, gdərkən kiçik oğlum Nicatı da özü ilə apardı, böyük oğlum Nihat isə yanımda qaldı”.

Günayın sözlərinə görə, 2020-ci ilin oktyabrın ortalarında Bərdə rayonu, Güloğlular kəndi ərazisində yerləşən bazardakı çayxanada işləyən zaman Ramin onun yanına gələrək mübahisə edib: "Sonra mobil telefonuma zəng etdi, özümü və oğlumu hədələməklə təhqir etdi. Bundan sonra Raminin bacısı Ceyranın evinə getdim, qardaşının nə üçün belə etməsini soruşdum. Ceyran isə mənimlə mübahisə etdi. Sonradan isə Zahidin Ramin tərəfindən bıçaqlandığını bildim”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Bağırovun sədrliyi ilə baxılıb.

Məhkəmənin hökmü ilə Ramin 4 il müddətinə azadlıqdan məhrum edilib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR