Bakıda öldürülən kiriminal avtoritetin qətlinin TƏFƏRRÜATI

7-06-2021, 15:46 55 dəfə baxılıb

Bakıda kriminal aləmdə "Hövsanlı Mayıl”, "Mayıl Naxçıvasnki” kimi tanınan Mail Mustafayevi qətlə yetirməkdə təqsirli bilinən Aslan Sadıqovun cinayət işi.
"Ölkə.Az” xəbər verir ki, hadisə Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində 1979-cu il təvəllüdlü Mail Mustafayevin bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin tanışı, 1989-cu il təvəllüdlü Aslan Sadıqov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Aslan Sadıqov ifadəsində bildirib ki, törətdiyi əməldən peşman deyil. Nalayiq sözlərlə tanışlarının yanından təhqir etdiyinə görə bıçaq zərbələrini Mail Mustafayevə öldürmək məqsədi ilə vurub. Uzun illər psixi problemləri olduğundan hərbi xidmətdə olmayıb. Müəyyən vaxtlarda xəstəliyi ilə əlaqədar müalicə alıb. Yanında yaxın adamlara qarşı haqsızlığ olanda o, bununla barışa bilməyib:

"Yaşadığım yerdə hamı məni yaxşı tanıyır. Mən heç kimi elə-belə yerə vurmaram. Nəsə gunahı olmasa mən ona bir söz demərəm”.

İyulun 2-si Hövsan qəsəbəsi ərazisində Mail Mustafayev avtomobildən düşüb Aslanın ünvanına söyüş söyərək ona "sən kimsən ki, narkotik maddə satanları söyürsən? Bilmirsən ki, onlara narkotik satdıran mənəm?” deyərək onu təhqir edib. Mailə onun narkotik maddə satdırmağını bilmədiyini, əyər bilsəydi söyüş söyməzdi dedik də Mustafayev axşam "Abidə”nin yanına gəlməsini və onunla söhbət edəcəyini bildirib.

Aslan Sadıqov ifadəsinin davamında bildirib ki, Mailin sözləri ona pis təsir edib. Stressdən çıxmaq üçün itini götürərək dəniz kənarına yollanıb.

Saat 21:00 radələrində Aslan Sadıqov tanışları ilə birlikdə Abidə adlı əraziyə tərəf hərəkət edərkən o əvəl Tərlanın telefonundan Mailə zəng edib Lakin sonuncu cavab verməyib. Daha sonra öz telefonundan Mailə zəng vurub Mustafayevdən harda olduğunu soruşanda o, marketin qarşısında olduğunu deyib. Təxminən 7-8 dəqiqə sonra mağazanın qarşısına çatıblar:

"Düşdüm maşından yaxınlaşıb salamlaşdım. Qayıdıb mənə dedi ki, gözüvü niyə bərəldirsən?. Məndə qayıtdım ki, sən mənimlə niyə belə danışırsan axı? Başladı məni təhqir eləməyə. Məndə bıçağı çıxartdım sonrası yadımda deyil nələr oldu. Yadımda deyil neçə bıçaq vurmuşam”.

Aslan Sadıqov qaçıb hadisə yerindən uzaqlaşdıqdan sonra bıçağı yolun kənarına atıb. Yoldan keçən taksiyə əyləşərək sürücüdən onu Cənub bölgəsinə gedən avtomaşınlar olan yerə aparmasını xahiş edib. Həmin yerə çatandan sonra digər maşınla Astara rayonuna yollanıb. Təxminən 3-4 gün insanlardan kənar ağaclıq və koluq olan ərazidə gecələyib. Oradan isə Biləsuvar rayonuna gedərək otellərin birində qalıb. Gecə saat 3 radələrində qaldığı otaqda polis əməkdaşları tərəfindən saxlanılıb.

Zərərçəkmiş şəxsin hüquqi varisi Lamiyə Mustafayeva ifadəsində göstərib ki, o 1996-cı ildə Mail Mustayafevlə ailə həyatı qurub. Rəsmi heç bir yerdə işləməyənə Mail əvvələr qapı-pənçərə sexində çalışıb. Sonra isə torpaq alqı-satqısı ilə məşğul olub.

İyulun 2-si qaynı zəng edərək ona Mailin öldürülməsini xəbərini verib.

Digər şahid ifafədələri də alınıb.

Məhkəmə prosesi zamanı Aslan Sadıqov ittihamla bağlı bildirib ki, hadisənin necə baş verdiyini xatırlamır. Çünki yaddaş pozğunluğuna görə xəstəxanada müalicə alıb.

Zərərçəkmiş şəxsin hüquqi varisi məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxsə qarşı heç bir tələbi olmadığını və çəza məsələsini məhkəmənin mülahizəsinə buraxdığını göstərib.

Sonda məhkəmənin hökmü ilə Aslan Sadıqov Cm-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum olunub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR