Jurnalistdən Kamil Zeynallının saxlanılması ilə bağlı qəribə İDDİA

21-02-2024, 13:39 27 dəfə baxılıb

Jurnalistdən Kamil Zeynallının saxlanılması ilə bağlı qəribə İDDİA


Jurnalist Valeh Dadaşov fitnes məşqçisi Kamil Zeynallının Rusiyada hava limanında saxlanılması ilə bağlı yeni bir iddia irəli sürüb.

Jurnalist Rusiya polisinin bu cür hərəkəti rüşvət üçün etmiş ola biləcəyi versiyasını səsləndirib. O, Rusiyada tez-tez azərbaycanlıların bu cür yalançı ittihamlarla saxanıldığını yazıb:

"Kamil Zeynallını Ermənistan niyə beynəlxalq axtarışa versin ki?! O, Ermənistanda cinayət törədib? Burada mütləq başqa səbəb var.

Ümumiyyətlə, II Qarabağ müharibəsindən sonra Rusiyada polis azərbaycanlıları saxlayıb sənədlərini yoxlayan zaman hər hansı çatışmazlıq olmasa belə bölməyə aparmaq üçün Ermənistanın həmin şəxsi beynəlxaq axtarışa verdiyini bəhənə edir. Məqsəd isə əksər hallarda rüşvət almaq olur.

Bölməyə aparılan şəxs saxlama kamerasına salınsa da ondan əşyaları və mobil telefonu alınmır. Buna görə də, Kamil Zeynallı saxlama kamerasından video çəkə, sosial şəbəkələrdəki hesabında yayımlaya bilib. Saxlama kameraları 4-6 nəfərlik olur. Orada uzanmaq və əyləşmək üçün yerlər də var. Saxlanılan şəxs barədə 2 saat ərzində hər hansı tədbir görülməlidir. Bir çox hallarda isə bu qanun tez-tez pozulur".

V.Dadadşov özünün də ötən il eyni ittihamla saxlanıdlığını deyib:

"Ötən il noyabrın 12-də Moskvada metrosunun "Lyublino" stansiyasında polis əməkdaşları məni saxlayaraq sənədlərimi yoxladı və bildirdi ki, Ermənistan tərəfdən beynəlxalq axtarışa verildiyim üçün onlarla bölməyə getməliyəm. Etiraz etmədim, etsəydim, polisin qanuni əmrinə tabe olmamaq, polisə müqavimət göstərmək suçları ilə dərhal qandallayıb aparacaqlar.
Bölməyə çatdıq və müvəqqəti saxlama kamerasında 2 saat saxlanıldıqdan sonra (bu müddət ərzində 4-5 polis əməkdaşı, hər 10-15 dəqiqədən bir saxlama kamerasına girərək deyir: - “sənin işin çox ağırdır, ola bilsin səni Ermənistana təhvil vercəklər”.) polis məndən 40 000 rubl (680 manat) istədi. Əks təqdirdə məni Ermənistana təhvil verəcəklərini bildirdi. Mən isə bütün bunları polisin rüşvət almaq üçün etdiyini bilirdim və çox rahat idim. Çünki məndən əvvəl də, bir neçə azərbaycanlı bu minvalla saxlanılıb, sonradan buraxılmışdı. Elə məni də, 2 saatdan sonra buraxdılar".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR