“Nikosayağı”: “Allah onsuz da mənim cəzamı verib”- VİDEO

7-03-2024, 06:22 21 dəfə baxılıb

“Nikosayağı”: “Allah onsuz da mənim cəzamı verib”- VİDEO


“Allah onsuz da mənim cəzamı verib, bundan sonra da veriləcək bütün cəzalara razıyam”.

Oxu.Az xəbər verir ki, bu sözləri bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində təqsirləndirilən “Nikosayağı” ləqəbi ilə tanınan bloqer Nicat Şakirli deyib.

N.Şakirli bildirib ki, özünü tam təqsirli bilir:
“Sonsuza qədər ürəyimdə bu cəzanı çəkəcəyəm. Rəhmətə gedən şəxsi mən öz qardaşımdan ayırmırdım. Onun ailəsindən bir daha üzr istəyirəm. Bundan sonra da veriləcək hər cəzanı çəkməyə razıyam”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR