"Toy yox, bayram yox, şənlik yox, pivə istehsalı niyə artsın?"

20-08-2020, 19:00 386 dəfə baxılıb

"Ölkədə vkarantin dövrüdür, toy yox, bayram yox, şənlik yox, pivə istehsalı niyə artsın?
Rəsmən nağıllar aləmində yaşayırıq. Sən demə Azərbaycanda pivə istehsalı ötən illə müqayisədə 13 faiz artıb. Rəsmi məlumata baxın sonra arayış verəcəm. Deyirlər ki, bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 3 359,5 min dekalitr pivə istehsal edilib". DİA.AZ bildirir ki, bu barədə tanınmış ekspert Razi Abasbəyli bildirib.

İqtisadçı daha sonra davam edir: "Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ölkədə istehsal olunan pivənin həcmi 13,1% artıb. Cari ilin avqustun 1-nə ölkədə pivə üzrə hazır məhsul ehtiyatı 212,8 min dekalitr təşkil edib ki, bu da illik ifadədə 22,1% azdır.
Azərbaycanda mart ayında ölkədə sərt karantin rejimi tətbiq edilib. Kafe-restoranlar bağlanıb. Ölkədə çimərlik yox, avqust ayına qədər bütün istirahət mərkəzləri bağlanıb. Bəs o zaman pivə tədarükü niyə artır? Bu statistikanı haradan alırlar və necə müqayisə edirlər?
Danışdığım, müzakirə apardığım bütün pivə istehsalçıları, iş adamları səyyar və onlayn satış imkanlarını araşdırırlar. Fərqli olaraq satış imkanları üçün marketinq metodlarını müzakirə edirlər. Azərbaycanda bu ilin ilk birinci yarısında pivə satışı, xüsusilə də səyyar və pərakəndə satış ciddi şəkildə təzyiq altındadır. Amma rəsmi statistikada açıqlayırlar ki, istehsal artıb. Kimin üçün artıb? İxracat olub? Ətrafımızdakı heç bir qonşumuz Azərbaycanda istehsal edilən pivəni almaqda maraqlı deyil.
2019-cu ilin ilk iki ayında 2018-ci illə müqayisədə pivə istehsalı 2.6 dəfə artıb deyir rəsmi statistika. Amma bu statistikanı Dövlət Statistika Komitəsi deyil Bakı Statistika İdarəsi verib. Rəsmi statistikaya əsasən yanvar-mart aylarında Bakıda 50,5 min dekalitr pivə istehsal edilib ki, buda ötən ilin müvafiq dövrünə nisbətdə 2,6 dəfə çoxdur. Söhbət pivə mövsümi başlamadan öncə mart ayına qədər olan dövrdən gedir. Bu ilin ilk ayında isə pivə istehsalının artması sadəcə olaraq bir nağıldır".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR