SON DƏQİQƏ! Avtobuslarda gediş haqqı artırılır?– AÇIQLAMA

8-01-2021, 01:15 208 dəfə baxılıb

Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifi qaldırıla bilər. Beləki, şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpikdən 40 qəpiyə qalxma etimalı var.

KAİM.az bildirir ki, qiymət artımına münasibət bildirən iqtisadçı Cavid Süleymanlı açıqlama verib.

O, bildirib:

“Benzinin 0,10 manat, dizelin isə 0,20 manat miqdarında qiymətinin artıması multipilikat təsirin yaranması üçün qismən kifayətdir. Təbii ki, istehsalın, tədarükün və logistikanın başlıca xammalının qiymətində yaşanan artım infilyasiyanı artıracaq. Lakin düşünürəm ki, 2021 üçün gözlənilən inflyasiya həddindən maksimum 1,5-2 % -dən daha çox artım yaşanmayacaq. Bununla bağlı dəqiq bir rəqəm demək üçün metrik tədqiqat aparmaq lazımdır. Əlbəttə ki, qiymət artımı qərarı verilməzdən öncə aidiyyatı hesablamalar aparılıb və inflyasiya həddinə təsirliliyi gözə alınıbdır. Qiymət artımının ilkin təsirləri tranzit daşımacılıqda və şəhər içi daşımada nəzərə çarpacaq və tədricən yuxarıda sadaladığım sahələrə sirayət edəcəkdir” deyə İqtisadçı Cavid Süleymanlı bildirib.”

İqtisadçı daha sonra qeyri-ərzaq sektorunda və ərzaq sektorunun bəzi seqmentlərində nəzərəçarpan bahalaşma dəyişikliklərinin olmayacağını da deyib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR