"Vaxt bizə deyil, ermənilərə işlədi. Bundan sonra onlar prosesin uzanmasına daha çox israrlı olacaqlar"

18-05-2020, 20:00 44 dəfə baxılıb


"Vaxt bizə deyil, ermənilərə işlədi. Bundan sonra onlar prosesin uzanmasına daha çox israrlı olacaqlar"
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qurulmuş işğalçı rejimin yeni rəhbəri Araik Arutunyan and içib işə başlamağa hazırlaşır. Özü də Xankəndində də yox, Şuşada. Mərasim mayın 21-nə təyin olunub. Arutunyanın andiçməni Şuşaya təyin etməsi nə məna daşıyır? Belə bir vəziyyətdə Azərbaycan dövləti hansı addımları atmalıdır?

Moderator.az saytının suallarını cavablandıran politoloq Azər Qasımlı deyib:

"Andiçmə mərasiminin Şuşada keçirilməsi simvolik xarakter daşıyır, tam Qarabağ və hətta ətraf rayonlar da bizimdir mesajını vermək istəyirlər. Bizə gəlincə, Xankəndi də, Şuşa da bizimdir, hər ikisi beynəlxalq hüquqa görə bizim ərazimizdir. Bu məsələdə bizim hakimiyyətin edəcəyi bir şey yoxdur. Reallığa görə isə ölkəmizin əli-qolu bağlıdır. Minsk qrupunda olan ölkələr hərbi münaqişəni rədd edirlər. Ermənilər isə danışıqları uzadırlar. Əliyev iqtidarı neft pullarına güvənirdi ki, neft strategiyası ilə biz güclü, ermənilər zəif olacaq. Bu strategiya iflasa uğradı. Vaxt bizə deyil, ermənilərə işlədi. Bundan sonra onlar prosesin uzanmasına daha çox israrlı olacaqlar".

Moderator.az saytının "Bu o deməkdirmi ki, ATƏT-in vasitəçiliyindən imtina etməyin zamanı çoxdan gəlib" sualına politoloq belə cavab verib:

"İmtina edə bilməyəcəyik, çünki alternativ eyni olacaq. Böyük güclər olduqları yerdədirlər. Bu demarşın sonu yenə də prosesi uzatmaqla bitəcək. Prosesdən çıxırsansa, müharibə başlamalıdır. Bunun üçün gücümüz yoxdur, iqtisadi cəhətdən artıq zəifik. Daxildə birlik, patriotik durum, işlək demokratik təsisatlar yoxdur. Türkiyədən başqa müttəfiqimiz də yoxdur, onun da müdaxilə gücü məhduddur. Reallıq budur. Müharibəyə başlasaq bizə qarşı sanksiya olacaq və Qarabağ müttəfiqlər tərəfindən tanınacaq".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR