Tanınmış ekspertdən Salyan icra başçısına: – “Şəlpə-şülpəsini yığıb getsin” – REAL VİDEO

9-12-2015, 11:26 687 dəfə baxılıb

Tanınmış ekspertdən Salyan icra başçısına: – “Şəlpə-şülpəsini yığıb getsin” – REAL VİDEO











Ötən gün saytımızda “Salyan icra başçısının ŞOK FOTOLARI yayıldı - HƏR KƏS “PADİŞAH” DEDİ” başlığı ilə yazı dərc edilmişdi

Yazıda qeyd olunurdu ki, İcra başçısının ötən il Salyan şəhərində Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parkda ” Gül Bayramı ” zamanı çəkilən fotoşəkilləri sosial şəbəkələrdə əsas müzakirə mövzusuna çevrilib. Belə ki, ötən il keçirilən tədbirdə salyanlıların qarşısında çıxış etmək üçün Heydər Əliyev parkına gələn icra başçısını məktəblilər qeyri-ənənəvi üsulla qarşılayıblar. Azyaşlılar icra başçısının başının üstünü güllərlə hörərək, padişahlar dönəmindəki qarşılama mərasimini gerçəkləşdiriblər.

Daha çox Şimali Koreyanın prezidenti Kim Çen Inın öz xalqı qarşısında çıxış edərkən görməyə örgəşdiyimiz bu görüntülərin Salyanda baş verməsi sosial şəbəkə istifadəçiləri tərəfindən də həm gülüşlə, həm də qəzəblə qarşılanıb.

Məsələ ölkənin bəzi televiziyalarında da geniş müzakirə mövzusu olub. ANS-də canlı yayımlanan “Deməsək, olmaz” verilişinin də 8 dekabr tarixli buraxılışı da məhz bu fotolara həsr olundu. Verilişdə iştirak edən tanınmış sosial media üzrə ekspert Cahid İsmayıloğlu icra başçısının ünvanına haqlı iradlar bildirib. Ekspertin bu iradları da sosial mediada yüzlərlə insan tərəfindən bəyənilərək paylaşılıb. C.İsmayıloğlu 7News.az-a açıqlamasında da məsələyə kəskin münasibət bildirib: “Sosial şəbəkələrdə yayılmış bu və ya bu kimi fotoşəkillər, video materiallar qısa bir vaxtda ictimai qınağın hədəfinə çevrilir. Nəyə görə bu kiçik bir fotoşəkil ictimaiyyəti bu qədər hiddətləndirir? Çünki, regionlarda özlərini “xan” kimi aparan icra başçıları, harınlamış, övladlarının ipini bir yerə yığa bilməyən məmurlar və bu kimi şəxslər artıq internetin, sosial şəbəkələrin bu gücü ilə hesablaşmalı, ya vəzifələrini səriştəli kadrlara təhvil verməlidirlər, ya da şəlpə-şülpəsin yığın gedib başqa işlə məşğul olmalıdırlar.”

VİDEONU BURDAN İZLƏYİN!


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR