“Arzu edirdim ki, nazirlərimiz işə velosipedlə getsin, amma səfirimiz 250 minə maşın alıb...”

12-04-2021, 16:08 193 dəfə baxılıb

"Maskalardan qurd çıxmasıyla bağlı hələ ki, bizə elə şikayət daxil olmayıb. Bu qəti inandırıcı deyil”

Bunu Moderator.az-a açıqlamasında Azad İstehlakçılar Birliyini sədri Eyyub Hüseynov deyib.

Qurum sədri açıq havada tək gəzən insanların maska taxmaması məsələsinə də toxunub:

"Maskalardan qurd çıxmasıyla bağlı hələ ki, bizə elə şikayət daxil olmayıb. Bu qəti inandırıcı deyil. Qaldı ki, professor Adil Qeybullanın insanların açıq havada maska taxmaması fikri ilə razıyam. Üstəlik bura əlavə etmək istəyirəm ki, velosiped sürən şəxslərə də maska taxmamaq üçün icazə verilməlidir. Hətta onları "sms-icazə”dən də azad etmək olar. Çünki velosipedçi velosipedi açıq yerlərdə, tək sürür. Üstəlik bu şəraitdə Azərbaycanda velosiped hərəkatına böyük təkan vermiş olarıq”.

Qurum sədri bildirib ki, insan qarşıda bir neçə adamın gəldiyini gördüyü zaman dərhal maskasını taxmalıdır:

"Lakin ola bilsin ki, açıq havada tək gəzən adam qarşıda bir neçə insanla rastlaşsın. Ona görə maska onun çənəsində olmalıdır ki, həmin vaxt maskanı dərhal ağzına keçirsin. Bəzən görürəm ki, açıq havada maskası çənəsi altında olan adamı polis əməkdaşları saxlayır, amma bu belə olmamalıdır”.

E.Hüseynov məmurlarımızın da işə velosipedlə getməyini illərdir ki, arzu etdiyini deyib:

"Mən özüm velosipedçiyəm və həmişə arzu etmişəm ki, Azərbaycanda nazirlərin də işə velosipedlə getməyini görüm. Amma dünən eşitdim ki, səfirlərimizdən biri özünə 250 minə xidməti maşın alıb. Bir sözlə, bu dəhşətdi”.



loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR