“”Azdrama", ayıbdır, teatrı murdarlamayın!"

27-04-2021, 17:56 172 dəfə baxılıb

"Akademik Milli Dram Teatrından Mirələmovun əsərləri artıq yığışdırılmalıdır”. Bu sözləri Xalq artisti, tanınmış kinorejissor və aktyor Şeyx Əbdül Mahmudbəyov "Yeni Müsavat”a açıqlamasında bildirib. Xalq artisti hər zaman onun əsərlərinə qarşı çıxdığını qeyd edib:

"Mən hər zaman Mirələmovun əsərlərinə qarşı çıxmışam. İndi də ”Azdrama"ya bildirirəm ki, ayıbdır, yğışıdırın Mirələmovun əsərlərini. "Azdrama” müqəddəs yerdir, oranı Mirələmov kimilərinə görə murdarlamayın. Axı o kimdir? Hamı bilir ki, o öz avtobioqrafiyasını yaza bilmir, "yazdıqlarını” da kiməsə yazdırır. Məgər azdır öz əsərlərini, kitablarını başqalarına yazdıran professor, akademiklər? Bunun bilməyən yoxdur ki".

Xalq artisti vurğulayıb ki, Mirələmov kimiləri mütləq öz cəzasını almalıdır: "Azərbaycan müstəqillik qazandıqdan sonra Mirələmov kimilər ”kök" salıblar. Məgər tək Mirələmov o cür hərəkət edir? Neçə-neçə məmurlar, biznes adamları iş yerində katibələrinə bu cür davranır. Bu "xəstəliyi” kökündən kəsmək lazımdır.

İndi vəzifələri gedib, amma nə qədər yığdıqları var, gedib kefini yenə edəcək. Mənim kimi dava-dərmanı borca almayacaq ki.

Hamıya məlumdur ki, Mirələmovun nə qədər böyük obyektləri var.

Hər zaman demişəm, bir insanın əxlaqı, mənəviyyatı olmadı, onun xalqa ağıl öyrətməyə, yol göstərməyə mənəvi haqqı yoxdur. Bu gün ən böyük deqradasiyaya uğrayan mənəviyyatımızdır. Bəzilərinə vəzifə verən kimi başlayır qohum-əqrəbasını başına toplamağa, mirələmovluq etməyə. Ona görə də mirələmovlar nə əvvəldir, nə də axır".

Xatırladaq ki, Hüseynbala Mirələmovun bir sıra əsərləri, o cümlədən "Xəcalət”, "Gəncə qapıları”, "Gəlinlik paltarı” əsərləri uzun illər Akademik Milli Dram Teatrın səhnəsində tamaşaya qoyulub. Təkcə "Xəcalət” tamaşası pandemiyaya qədər 15 il teatrda səhnələşdirilib. Əsərdə əsas rolları xalq artistləri Nürəddin Mehdixanlı, Ramiz Novruzov ifa edib.

Bəs məlum qalmaqaldan sonra xalq artistləri yenidən Mirələmovun əsərlərində oynayacaqmı?

Məsələ ilə bağlı Xalq artisti Nurəddin Mehdixanlının mövqeyini öyrənməyə çalışdıq. Xalq artisti "Yeni Müsavat”ın sualına "bu cür cılız məsələlərə qarışmıram” cavabını verdi.

Məsələ ilə bağlı teatrın mətbuat katibi Cavid Zeynallı isə "Hazırda pandemiya şəraitində teatr fəaliyyət göstərmədiyi üçün bu məsələ ilə bağlı heç bir şərh bildirilmir”, - deyə açıqlama verib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR