Düşmən bu dəfə Ziya Bünyadovu və tariximizi hədəf aldı: Üç cildlik yalan!

22-10-2019, 00:00 388 dəfə baxılıb

Düşmən bu dəfə Ziya Bünyadovu və tariximizi hədəf aldı: Üç cildlik yalan!



Oktyabrın 18-də Amsterdam Universitetinin tədqiqatçısı ermənipərəst Sara Crombach “Ziya Bünyadovla Azərbaycanın uydurma keçmişi” adlı doktorluq dissertasiyasını müdafiə edib.



Müdafiədən bir neçə gün əvvəl üç hissədən ibarət kitab nəşr olunub. Sözügedən kitabın birinci hissəsində akademik Ziya Bünyadovun 1980-ci ilə qədərki həyatından bəhs olunub və Azərbaycan xalqının böyük oğlu “Azərbaycanın yalançı tarixinin əcdadı” adlandırılıb.

Kitabın ikinci fəslində Z.Bünyadov Azərbaycanın saxta tarixinin müəllifi kimi təqdim edilib.

Kitabın üçüncü fəslində Bünyadovun həyatı və fəaliyyəti, Azərbaycanlı alimin yenidənqurma illərindəki fəaliyyəti, SSRİ-nin dağılması, Dağlıq Qarabağ münaqişəsi dövründəki fəaliyyəti “təhlil edilib”.

Qondarma tədqiqatçı kitabında Azərbaycanda Dağlıq Qarabağ müharibəsi illərində erməni əhalisinə qarşı qırğınların həyata keçirildiyi vurğulanıb.

Məlumat üçün qeyd edək ki, Z.Bünyadov Azərbaycan tarixinin ilkin tarixi mənbələr əsasında öyrənilməsində və təbliğində əvəzssiz xidmətlərə malik alim olub. O, müstəqillik uğrundakı mübarizədə də vətənpərvər ziyalı kimi böyük xidmətlər göstərib, erməni yalanlarını tarixi faktlar əsasında ifşa edib və öz ağlı, fədakarlığı ilə Azərbaycan xalqının sevimlisinə çevrilib.

Ziya Bünyadov həm də II Dünya müharibəsində faşizmə qarşı mübarizədə göstərdiyi igidliklərə görə Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif edilib. moderator.az


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR