"Əgər bunu etsəniz, virusa yoluxma ehtimalınız sıfıra enər" - Azərbaycanlı həkimdən SENSASİON AÇIQLAMA

30-06-2020, 12:38 268 dəfə baxılıb

Koronavirusla mübarizə dövründə ciddi karantin tədbirlərinə baxmayaraq, yoluxma sayının artması bu patogenin daşıyıcılarının hələ də mövcud olmasını göstərir.

Əlbəttə ki, patogenlə mübarizədə hər birimizin izolyasiyası, sanitar-gigiyenik normalara riayət etməyimiz şərtdir. Lakin hazırkı vəziyyətdə hər kəsin izolyasiyası iqtisadi baxımdan mümkün olmadığından, ən azı sanitar-gigiyenik normalara riayət etməliyik: maska taxılmalı, əllər tez- tez yuyulmalı, spirtlənməli və hər bir yer, hər bir səth mümkün olduğu qədər dezinfeksiya olunmalıdır! Koronaviruslar adi soyuqdəymədən daha ciddi xəstəliklərə qədər xəstəlik yarada biləcək viruslar ailəsidir. Xəstə bir insanla və ya bilinməyən daşıyıcı ilə yaxın təmasda olanlar ən çox risk altındadır.

Məlumatlar koronavirusun tənəffüs yollarından (öskürək və ya asqırma) yayıldığını təsdiqləyir.

Koronavirusun simptomları öskürək, atəş və nəfəs darlığı – hər hansı bir viral tənəffüs yoluxması ilə eynidir.

Bu baxımdan hər bir qapalı mühit tez- tez havalandırılmalıdır. Virusun yayılmasının qarşısı, az da, olsa bu şəkildə alına bilər. Lakin bu patogenin bir daşıyıcısı varsa, demək, o təmizlənmiş otaq və ya mühitdə xəstəliyə yoluxma və ya xəstələnmə ehtimalı var. Xəstəliyin ən çox yuxarı tənəffüs yolları vasitəsi ilə ötürülməsi və bu xəstəliyə tutulması belə bir fikir yaradır ki, hər kəs yuxarı tənəffüs yollarının qiqiyenasına daha çox diqqət yetirməlidir.

Xəstələnən və ya xəstəliyi daşıyıcı-ötürücü kəs belə, ağız boşlugunun qiqiyenası, dezinfeksiyasına əməl edərsə, bu da xəstəliyin azalmasına gətiriib çıxarar, ya da onun daha asan keçməsi üçün bir zəmin yaradar.

Gəlin baxaq necə?

Yalnız xaricə istifadə üçün nəzərdə tutulmuş, və ağız boşluğu üçün istifadə olunan Xlorheksidin (Chlorhexidine). Bu məhlul ağız boşluğu içərisindəki bakteriya və lipofil virusları məhv edir, öldürücü təsir göstərir, ya da koronavirusu müəyyən dərəcə zəiflədə bilər!

Profilaktik və terapevtik vasitə kimi xlorheksidinin yerli və xaricə istifadə olunması – koronavirusla mübarizədə bir çıxış yolu ola bilərmi?

Və koronavirusa qarşı peyvəndin yaradılması üçün də zəmin yarada bilərmi? Ağız boşluguna və ya yuxarı tənəffüs yollarına düşmüş virus indiki halda COVID-19, Xlorheksidin təsirindən ən azı zəiflədilərsə, orqanizm özü bu virusa qarşı məhv edici cavab hazırlaya bilər.

Hər hansı bir antigen sanki dekodlaşdırma “antitel istehsalçısı” olduğundan (ANTIbody-GENerator) immunoloji kompleks “antigen – antitel” yaratmağa qadirdir. Başqa sözlə, insan bədənində antitellərın meydana gəlməsini təşviq edir, gələcəkdə bir insanı təkrar virus hücumundan qoruya biləcək xüsusi bir toxunulmazlıq meydana gətirir. İnfeksiyaya yol aça bilməyəcək, lakin mövcudluğu koronavirusuna qarşı sabit immun reaksiya yaratmaq üçün yetərli olan “ölü” (aktivləşdirilməmiş) COVID-19 və ya genetik modifikasiya edilmiş antigenləri olan peyvəndin istehsal prinsipi virusun bu vacib xüsusiyyətinə əsaslana bilər.

Bu maddə – 0.05%, 0.2% və 0.5% sulu məhlullar qarqara tətbiqetmə şəklində istifadə olunur – 5-10 ml məhlul gündə 2-3 dəfə 1-3 dəqiqə məruz qalmış dəri və ya selikli qişaların səthinə tətbiq olunur.

Xlorheksidin qram-pozitiv (məsələn, Micrococcus sp., Staphylococcus sp., Streptococcus sp., Bacillus sp., Clostridium sp., Corynebacterium sp.) və qram-mənfi orqanizmlərə antibakterial, lakin ən başlıcası lipofilik viruslara qarşı (VİÇ və qrip viruslarına qarşı) məhvedici təsir göstərən bis-biguanid kationik antiseptikdir. Dermatofitlərə və maya mantarlarına qarşı da antifungal təsir göstərir. Aşağı konsentrasiyada bakteriostatik təsir göstərir və yüksək miqdarda bakterisiddir. Xlorheksidinin güclü müsbət bir yük daşıdığına görə, tərkibində fosfatlar olan bakteriya hüceyrə divarının mənfi yüklənmiş yerlərində udulur, bu da hüceyrə membranının bütövlüyünü pozur və keçiriciliyinin artmasına səbəb olur.

Xlorheksidin bigluconaten sulu bir məhlul olub yerli bir antiseptikdir, əsasən bakterisid təsir göstərir. Bu antiseptik, istifadə olunan konsentrasiyadan asılı olaraq, qram-müsbət və qram-mənfi bakteriyalara qarşı bir bakteriostatik və ya bakterisid təsir göstərir. Bakteriostatik təsir 0,01% və ya daha az bir konsentrasiyada özünü göstərir; bakterisid – 22 ° C temperaturda 0,01% -dən çox bir konsentrasiyada və 1 dəq. Fungisidal təsir – 0.05% konsentrasiyasında, 22 ° C temperaturda və 10 dəqiqə məruz qalma. Hal-hazırda bizi maraqlandıran hissəsi: Virucidal təsirinin də olmasıdır, ki, (lipofilik viruslara qarşı) – 0.01-1% konsentrasiyasında özünü göstərir. Qram-müsbət və qram-mənfi bakteriyalara (Treponema spp., Neisseria gonorrhoeae, Chlamydia spp.), Viruslara və göbələklərə qarşı təsirli olur. Dözümlüdür, dərini (əlləri, cərrahi sahə) emal etdikdən sonra müəyyən bir miqdarda qalır, bir bakterisid təsirinin təzahürü üçün kifayətdir. Qan, irin, müxtəlif şirələr və üzvi maddələrin iştirakı ilə aktiv olaraq (bir qədər azalsa da) qalır.Çox nadir hallarda allergik reaksiyalara, dəri və toxumaların qıcıqlanmasına səbəb olur, şüşə, plastik və metallardan hazırlanan cisimlərə ziyan vurmur.

Famakokinetika. Mədə-bağırsaq traktından praktik olaraq sorulmur. 300 mq təsadüfi qəbul edildikdən sonra 30 dəqiqədən sonra maksimum konsentrasiyaya çatılır və 0.206 mkq / L təşkil edir. Əsasən bağırsaqlar (90%), 1% -dən az hissəsi böyrəklər tərəfindən atılır. Ən əsası bağırsaqlarda bakteriyalara qarşı öz təsir effektliyini itirmir.

Yan təsir: allergik reaksiyalar ola bilər

Əks göstərişlər: xlorheksidinə, dermatitə qarşi yüksək həssasliq.

Hamiləlik və laktasiya: lazim gələrsə, hamiləlik dövründə və ana südü zamani istifadə ana üçün terapiyanin gözlənilən faydalarını və döl üçün mümkün riskləri ölçməlidir.

uşaqlarda ehtiyatla istifadə edilməlidir.

dərman yaşlı xəstələrdə istifadə üçün təsdiq edilmişdir.

xüsusi təlimatlar

xlorheksidin gözlərə (oftalmologiyada istifadə üçün nəzərdə tutulmuş xüsusi bir dozaj formasi istisna olmaqla), həmçinin meninges və eşitmə siniri ilə təmasa icazə verilməməlidir.

dərman qarşılıqlılığı: neytral bir mühitdə tətbiq olunur; ph 5-8-də aktivlik fərqi azdır; ph-də 8-dən çoxdur.

anion birləşmələri ilə birlikdə istifadə etmək olmaz. məs. sabunla.

karbonatlar, xloridlər, fosfatlar, boratlar, sulfatlar və sitratlarla uyğun deyil.

sərt suyun istifadəsi bakterisid xüsusiyyətlərini azaldir.

bir kationik qrupu olan dərmanlarla (benzalkonium xlorid, cetrimonium bromide) uyğun gəlir.

Bu məqsədlə tərkibində Xlorheksidin bigluconatein olduğu bəzi preparatları ağız boşluğu və yuxarı tənəffüs yollarının kəskin iltihabı zamanı və ya COVID-19-un profilaktikası və xəstəliyi yaradan patogenin zəiflədilməsi üçün istifadə oluna bilər.

Gündəlik vacib istifadə COVİD-19-a yoluxmanın qarşısını ala bilər.

LOROBEN (qarqara üçün məhlul 200 ml)

Istehsalçı: Droqsan İlaçları San. və Tic. A.Ş. 06760, Çubuk, Ankara. Türkiye.

Və ya

Sebidin- tabletka formasında buraxılır

Istehsalçı: БИТТНЕР ФАРМА, Польша

Sevinc İsmayılova,

xüsusi olaraq KONKRET.az üçün

P.S.Təqdim olunan elmi məlumatları ümumiləşdirilmiş şəkildə Sizə təqdim etdim və bu dərmanın istifadəsi barədə qərar vermək üçün, müəyyən qərarların qəbulu bu sahədə çalışan insanlardan və sizdən asılıdır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR